Slimfit
  1. AZƏRBAYCAN

Novruz Məmmədov nazirə yeni səlahiyyət verdi

Novruz Məmmədov nazirə yeni səlahiyyət verdi
Sakura

Novruz Məmmədov nazirə yeni səlahiyyət verdi

Baş nazir Novruz Məmmədov "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” texniki yardım layihəsini imzalamaq səlahiyyətinin verilməsi barədə” sərəncam imzalayıb.

Virtualaz.org-un məlumatına görə, sərəncama əsasən Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” texniki yardım layihəsini Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə verilib.

Xarici İşlər Nazirliyinə göstərilən texniki yardım layihəsini Azərbaycan Hökuməti adından imzalamaq səlahiyyətinin əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə verildiyi barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına bildiriş göndərmək tapşırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR