Slimfit
  1. MARAQLI

Novruz çərəzi - Keyfiyyətli quru meyvələri necə seçək?

Novruz çərəzi - Keyfiyyətli quru meyvələri necə seçək?
Sakura

Novruz çərəzi - Keyfiyyətli quru meyvələri necə seçək?

Qurudulmuş meyvələr ilboyu əhalini faydalı vitamin və minerallarla təmin edən qidalardandır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, istehsal texnologiyasının tələblərinə düzgün riayət edilərsə quru meyvələr sağlamlıq üçün təzə meyvələr qədər faydalıdır.

 

Trend Agentliyə istinadən araşdırmanın nəticələrini təqdim edir:

● Əgər məhsul hermetik qablaşdırmadadırsa ilk öncə istehsal tarixi və yararlılıq müddəti barədə məlumatlara, tərkibində qida əlavələrinin olmamasına diqqət yetirilməlidir.
● Quru meyvə satışını həyata keçirən obyektin gigiyenik qaydalara əməl etməsinə, məhsulun piştaxtada və şüşə rəflərdə satılmasına diqqət yetirilməkdə vacibdir.
● Quru meyvə yeyilməzdən əvvəl ilıq su ilə təmiz yuyulmalıdır. Çünki qaynar su quru meyvənin tərkibindəki vitaminləri yox edə bilər.
● Keyfiyyətli quru meyvə ya bütöv, ya da səliqə ilə doğranmış olmalı və üzərində zədə, ləkə olmamalıdır. Bir ədəd qurudulmuş meyvənin üzərində bu qüsurlarla rastlaşsanız, düşünməyin ki, onu kənara qoysanız məsələ həll olunur. Belə məhsulu ümumiyyətlə almağınız tövsiyə olunmur.
● Quru meyvələr nə çox bərk, nə də çox yumşaq olmamalıdır. Çünki meyvə qurudulan zaman onun tərkibindəki nəmlilik dərəcəsi 18-20 faizədək azalır. Bu isə o deməkdir ki, quru meyvə elastik və rahatyeyilən olmalıdır.
● Quru meyvənin üzərinin çox büzüşmüş olması onun düzgün qurudulmadığına işarədir. Bu hal məhsulun keyfiyyətini aşağı salır. Qurudulmuş meyvədə ona xas olmayan əlamətlər (üzərində spirt qıcqırması və kif əlamətləri) varsa, belə quru meyvə insan sağlamlığı üçün təhlükəlidir.
● Quru meyvə alarkən rənglərinə də diqqət yetirmək vacibdir. Satışda süni parıltılı quru meyvələrə rast gəlirik ki, təbii yolla qurudulan meyvənin bu cür qeyri-təbii görünüşü olmur. Keyfiyyətli quru meyvələrin rəngi mat, parıltısız və təbii olmalıdır.
● Ərik qurusunun rəngi açıq narıncı olmalıdır. Çox açıq və ya qırmızıyabənzər çalarda olan ərik qurusu keyfiyyətli hesab olunmur. Parlaq və cəlbedici rəng isə onun süni yolla qurudulduğuna və sağlamlıq üçün zərərli olduğuna işarədir.
● Qurudulma prosesində ağ üzüm də, tündləşir. Satışda çox açıq rəngli kişmiş görsəniz, bu meyvəyə kimyəvi müdaxilə edildiyinə işarədir.
● Üzərində kif əlamətləri müşahidə edilməyən və bərk gavalı qurusu keyfiyyətcə üstündür.
● Alma qurusunun rəngi bej və ya krem rəngdə olmalıdır. Ağ və ya qəhvəyi alma qurusu yüksək keyfiyyətli məhsul hesab olunmur.
● Armud qurusunu da alarkən eyni qaydalara əməl edilməlidir. Yadda saxlamaq lazımdır ki, quru meyvənin üzərindəki ağ ləkələr onun təbii rəngidir.
● Albalı qurusu tünd qırmızı və qara rəngin qarışımından yaranan çalarda, dadı turş olmalıdır.
● Xurma qurusunun üzəri ağ tozlu, rəngi qəhvəyi, tərkibi isə bir qədər elastik və yumşaq olmalıdır.
● Qurudulmuş meyvə alarkən onun keyfiyyətini müəyyənləşdirmənin digər yolu meyvələri qoxusuna görə yoxlamaqdır. Düzgün texnologiya ilə hazırlanmış quru meyvə təbii və xarakterik qoxuya malik olmalıdır. Əgər məhsul üçün spesifik olmayan qoxu varsa, bu, məhsulun keyfiyyətsiz və sağlamlıq üçün zərərli olduğunu göstərir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR