Slimfit
  1. GÜNDƏM

Novruz bayramınız mübarək, cənab Prezident!

Novruz bayramınız mübarək, cənab Prezident!
Sakura

Novruz bayramınız mübarək, cənab Prezident!

Bilirəm, bəziləri üçün bu kəlmələri oxuyub həzm etmək çətin olacaq. Çünki düz söz acı olur. Elə insanlar var ki, hər cümləsində ölkə başçısının adını hallandırıb, ona sevgisini dilə gətirirlər. Bununla da həmsöhbətini rəhbərə sədaqətli olduğuna inandırmağa çalışırlar. Amma kənardan baxanda bunun nə qədər qeyri-kafi göründüyünün fərqinə varmırlar. Təsəvvür edin, beş dəqiqəlik dialoqda kimsə əlli dəfəyə yaxın ölkə başçısının adını çəkib, ona duaçı olduğunu bildirir. Sanki onu xəyanətdə suçlayacaqlar kimi, özünü sığortalamağa çalışır. Beləsinə ziyalı demək olarmı?..

Şah İsmayıl Xətai ona görə möhtəşəm dövlət yarada bilmişdi ki, onun göstərişlərini icra edən insanlar səmimi idilər. Münafiq deyil, sözün əsl mənasında şaha, vətənə, xalqa sədaqətli aydınlar olublar...

 Fəxr edirəm ki, bu gün ölkəmiz dünyada mövcud olan cəmi iki yüzə yaxın müstəqil dövlətdən biridir. Öz bayrağı, himni, gerbi, prezidenti var. Buna yalnız nadanlar sevinməyə bilər...

Bəli, dünyada olan iki yüzə yaxın ölkənin prezidentlərinin sırasında şəxsi keyfiyyətləri ilə ön cərgədə duran dövlət rəhbərlərindən biri də bizim prezidentimizdir. Mərhəmətli, zəngin dünyagörüşlü, uzaqgörən, təmkinli, iti zəkalı, müasir təfəkkürlü, müdrik, mədəni, mərd, bir sözlə əsl insandır...

Hər kəsin bir ömür möhləti, öz təyinatı var. Yaradanın izni olmasa günəş şəfəq saça, ay bədirlənə bilməz. Allahın iradəsindən kənar bu dünyada heç nə baş vermir. Bəli, liderləri Tanrı seçir...

 Xoşbəxtlik nisbi anlayışdır, amma mayasında xoş bir bəxt var. On yeddi ildir ki, bu xalqın lideridir. Bütün arzu və istəklərinin təməlində millətin xoşbəxtliyi, uğurlu gələcəyi durur...

Azərbaycan Respublikası gənc bir ölkədir. Cəmi iyirmi doqquz ildir ki, müstəqilik. Müstəqilliyi isə qorumaq çətindir. Axı qonşuların hamısı dost deyil. Üzümüzə güləni də var, diş qıcıyanı da, arxadan vuranı da…

Bütün dünya koronavirusun fəsadlarından əzab çəkir. Minillik ənənələri olan Avropa ölkələri bu bəlanın qarşısında acizdirlər, itkiləri günbəgün artır. Azərbaycan yeganə ölkələrdən biridir ki, bu ümumbəşəri bəladan vətəndaşlarını maksimum dərəcədə qorumağa çalışır. Hər bir vətəndaşın taleyi dövlət səviyyəsində nəzarətdədir...

Ənənəyə sadiq qalaraq ölkə rəhbəri dünən xalqımızı Novruz bayramı ilə əlaqədar təbrik etdi. Bayramlarda bayramlaşmaq ən gözəl adətlərimizdəndir. Müstəqil ölkəmizin azad bir vətəndaşı kimi dövlət başçımızı Novruz bayramı münasibəti ilə təbrik edir, Ona və doğmalarına möhkəm can sağlığı, firəvan həyat arzulayıram.

Novruz bayramınız mübarək, cənab Prezident!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR