Slimfit
  1. ƏDƏBİYYAT

Növrəs İman - Mənəm, mən

Növrəs İman - Mənəm, mən
Sakura

Növrəs İman - Mənəm, mən

Tərk edən vətəni, əl üzən eldən,
Qürbət eldə bir avara mənəm, mən.
Taleyi kür gələn ruzi-əzəldən,
Sinəsi səd həzar para mənəm, mən.

Nə müddətdi, yad ölkələr qulamı,
Oxuyan dilində əziz kalamı.
Göndəribsən neçə dəfə salamı,
Yeni gələn bu diyara mənəm, mən.

Tifil ikən bir mövlaya qul olan,
Həsrət çəkib, dərdü-qəmnən bol olan,
Ovçu kimi dağlar üstə yol olan,
Axır, həsrət qalan yara mənəm, mən.

Hələta dilimin bir əzbəridi,
Məni dolandıran haqq əsəridi.
Mövlam bu dünyanın tək sərvəridi,
Bel bağlayan o sərdara mənəm, mən.

O Ģiri-davərin, nami-heydərin,
Zəminin sütünü, ərĢə ləngərin.
Dil açıb söyləyən vəsfi-dəftərin,
Novrəs Ġman aĢikara mənəm, mən.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR