Dərc edildi: Baxış sayı: 593
Növrəs İman - Hey
Hicran yürüş etdi, qəm aldı canım,
Ağlar gözüm, qanlı yaşlar tökər hey.
Dərdü-möhnət bürüyübdü hər yanım,
Qoşub dildə qəm kotanı əkər hey.
Kim mənim tək tənə sözlər götürdü?
Zəhmət çəkib, çox cəfasın itirdi?
Dərd artdı sinəmdə, həddin ötürdü,
Hesabınan dağı-daşı çəkər hey.
Əzəl gündən mehman oldum yad elə,
Dərdim Qafa döndü, göz yaşım selə.
Novrəs İman, işin düşdü müşkülə,
Cavan qəddin yar fəraqı bükər hey.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət