Növbəti yumşalmada iri ticarət mərkəzləri, kafe və restoranlar açıla bilərmi?-Operativ Qərargahdan AÇIQLAMA
Xəbər verdiyimiz kimi Nazirlər Kabineti yanında Operatriv Qərargah sərt karantin rejiminin yumşaldılması istiqamətində növbəti tədbirlər paketini qəbul edib. Covid-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiyanın müşahidə olunması və iqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqda qərar qəbul edib.Lakin iri ticarət mərkəzləri, kafe və restoranların fəaliyyətinə icazə verilməyib. Növbəti yumşalmada iri ticarət mərkəzləri, kafe, restoranlar açıla bilərmi?
Ens.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bu barədə hələ heç bir dəqiq məlumat yoxdur: "Mən qəbul olan qərar barəsində məlumat varsa onu yayıram. Növbəti dəfə nə olacaqsa bu barədə danışa bilmərəm. Əgər iri ticarət mərkəzləri, kafe və restoranlar barəsində qərar qəbul edilərsə bu barədə ictimaiyyətə məlumat veriləcək".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət