Növbəti təxribat: Erməni snayper tibb maşınını vurdu
Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.
Dövlət Sərhəd Xidmətindən Axar.az-a verilən məlumata görə, iyulun 28-i saat 22:00 radələrində döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən tərəfindən növbəti dəfə atəşə tutulub.
Düşmən snayperləri tərəfindən açılan güllələr üzərində “Hərbi tibbi yardım” sözləri yazılan və qızıl aypara nişanının təsviri olan UAZ markalı avtomobilə dəyib.
Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub.
Qeyf edək ki, Ermənistan Müdafiə Nazirliyi bu gecə erməni hərbçi Vladimir Osipyanın qarşı tərəfin atəşi nəticəsində yaralandığını açıqlayıb. Ötən gün isə 1995-ci il təvəllüdlü əsgər Arman Bulqadaryanın sərhəddə Azərbaycan ordusunun cavab atəşi ilə məhv edildiyi bildirilmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət