Slimfit
  1. İDMAN

“Neftçi” İdman Klubunun rəsmisi boksçunun 48 aylıq cəzalandırılmasına münasibət bildirib

“Neftçi” İdman Klubunun rəsmisi boksçunun 48 aylıq cəzalandırılmasına münasibət bildirib
Sakura

“Neftçi” İdman Klubunun rəsmisi boksçunun 48 aylıq cəzalandırılmasına münasibət bildirib

“Neftçi” İdman Klubunun baş meneceri Elmar Babanlı boksçu Fərid Sadıqovun Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən 48 aylıq cəzalandırılmasına münasibət bildirib.

O, “Report”a açıqlamasında "Neftçi"nin üzvü olan boksçunun böyük ehtimalla bilməyərəkdən qadağan olunmuş dərmanlardan istifadə etdiyini söyləyib.

“Öz təcrübəmə əsasən deyə bilərəm ki, idmançılar adətən hansısa xəstəliklə bağlı müalicə alanda bilməyərəkdən tərkibində qadağan olunmuş maddələrin yer aldığı dərmanlardan istifadə edirlər. Sonradan ciddi yarış zamanı dopinq test verərkən həmin maddə aşkarlanır. Çox güman, Fərid Sadıqovda da belə olub. Onun məqsədyönlü şəkildə əlavə güc və dözümlülük verən kimyəvi dərmanlardan yararlandığına inanmıram”, - deyə E.Babanlı vurğulayıb.

 

Qeyd edək ki, F.Sadıqov nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri, yaxud markerlərinin mövcudluğu aşkarlandığına, həmçinin qadağan olunmuş üsuldan istifadə cəhdlərinə görə AMADA tərəfindən 4 illik diskvalifikasiya olunub. Onun cəzasının qüvvəyə minmə tarixi 2024-cü il yanvarın 1-i göstərilib. Sanksiyanın müddəti 2028-ci il yanvarın 1-nə qədərdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR