Slimfit
  1. İQTİSADİYYAT

Norveç şirkəti Azərbaycanda yeni iş yerlərinin yaradılması hədəfləyir

Norveç şirkəti Azərbaycanda yeni iş yerlərinin yaradılması hədəfləyir
Sakura

Norveç şirkəti Azərbaycanda yeni iş yerlərinin yaradılması hədəfləyir

Norveç şirkəti Azərbaycanda yeni iş yerlərinin yaradılması hədəfləyir

Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri-Çıraq-Günəşli yatağında və Azərbaycandan Türkiyəyə uzanan Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsində birgə əldə edilən uğurlu nəticələr gələcək üçün təməl rolunu oynayır.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,  bunu Norveçin “Equinor” şirkətinin beynəlxalq kəşfiyyat və istehsalat üzrə icraçı vitse-prezidenti Al Kuk AzTV-yə eksklüziv müsahibəsində deyib.

“Ötən ilin mart ayında əməkdaşımız SOCAR ilə birgə Xəzər dənizinin Azərbaycana aid hissəsində “Qarabağ” yatağında yeni neft yatağının kəşfini təsdiq etdik. Bu hadisədən dolayı çox qürurluyuq. Bu, Azərbaycanda son 20 ildə ilk böyük neft kəşfidir. İndi Azərbaycan hökuməti ilə bu sahənin inkişaf etdirmək üçün birgə çalışırıq. Hədəfimiz “Qarabağ” yatağını inkişaf etdirməklə Azərbaycanda yeni iş yerlərinin yaradılmasına, sərmayələrin artmasına şərait yaratmaqdır”, - deyə şirkətin icraçı vitse-prezidenti qeyd edib.  

O bildirib ki, Azərbaycanda neft və qaz sahəsinin inkişafı ilə yanaşı günəş və külək elektrik stansiyalarının qurulmasını görmək çox xoşdur:

“Enerji keçidi Azərbaycan üçün çox vacibdir. Bakıda olduğum müddətdə “Equinor” ilə Azərbaycan hökuməti arasında oxşar yanaşmanın mövcud olmağından çox məmnunuq. Biz neft və qaza olan təlabatın hazırda artdığını görürük. Çox güman ki, qarşıdakı onillikdə də artmağa davam edəcək. Lakin bununla yanaşı ölkənizdə neft və qaz səhəsindən əlavə günəş və külək enerji stansiyalarının qurulmasını da görmək çox xoşdu”.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR