Dərc edildi: Baxış sayı: 197
Norveç müdafiəyə 52 milyard avro xərcləməyi planlaşdırır
Norveç qarşıdakı 12 il ərzində müdafiə sahəsinə təxminən 52 milyard avro xərcləyəcək.
Ens.az “Report”-a iatinadən xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qar Stören deyib.
Onun sözlərinə görə, Avropada təhlükəsizlik vəziyyəti kəskin şəkildə dəyişib:
“Potensialımızı artırmaq və NATO müttəfiqlərimizlə birlikdə təhlükəsizliyi, azadlığı, sülhü, demokratiyanı qorumaq üçün Norveç növbəti 12 il ərzində müdafiəyə sahəsinə təxminən 52 milyard avro xərcləyəcək. Biz hamımız bunun tərəfdarıyıq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət