Slimfit
  1. SİYASƏT

NK-nın şöbə müdiri: Azərbaycanda qida məhsullarının keyfiyyətinin yaxşılaşdırılmasında nəzərəçarpan nailiyyətlər əldə olunub

NK-nın şöbə müdiri: Azərbaycanda qida məhsullarının keyfiyyətinin yaxşılaşdırılmasında nəzərəçarpan nailiyyətlər əldə olunub
Sakura

NK-nın şöbə müdiri: Azərbaycanda qida məhsullarının keyfiyyətinin yaxşılaşdırılmasında nəzərəçarpan nailiyyətlər əldə olunub

Qida təhlükəsizliyi sahəsində dünya miqyasında yeni çağırışlar meydana gəlib. Həmin çağırışlar qida və kənd təsərrüfatı məhsullarının nəzarətinin qlobal səviyyədə artması, həmin məhsulların rəqabətqabiliyyətli olması, ölkəyə gələn xarici valyutanın artması kimi faydalar gətirməklə yanaşı, qida mənşəli xəstəliklərin daha geniş yayılma ehtimalını da yüksəldir.

Ens.az AZƏRTAC -a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti (NK) Aparatının aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov “Qida nəzarəti sisteminin qiymətləndirilməsi” mövzusunda keçirilən yekun hesabat görüşündə deyib.

L.Qasımov bildirib ki, son dövrlərdə dünyada qida təhlükəsizliyi sahəsində idarəetmə və nəzarət tədbirlərinin həyata keçirilməsində konseptual dəyişikliklər baş verir: “Bəzi inkişaf etmiş ölkələr qida təhlükəsizliyini tənzimləmək məqsədilə resursları daha da yüksəkriskli sahələrə və spesifik problemlərin həllinə yönəldirlər. Bu amillər isə bütün dünyada qida təhlükəsizliyini daha əhəmiyyətli məsələ edir və bu sahədə müvafiq qurumlar yaradılır. 2017-ci ildə Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsində yeni mərhələ başladı. Bu dövrdə ölkədə qida təhlükəsizliyinə nəzarət sistemini daha da təkmilləşdirmək, şəffaflığı artırmaq, pərakəndəliyi və təkrarlanmaları azaltmaq məqsədilə çox vacib addımlar atıldı. Dünyanın əksər inkişaf ölkələrində tətbiq edilən vahid səlahiyyətli qurum modelinin Azərbaycanda da tətbiqinə başlanıldı və dövlətimizin başçısının müvafiq Fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyi yaradıldı. Həmin Agentlik qida təhlükəsizliyinin idarə edilməsində vahid səlahiyyətli orqan modelinə keçidin təməlini qoydu. Bu dəyişikliklər qida təhlükəsizliyinin daha səmərəli idarə olunmasını və nəzarət olunmasını təmin etmək üçün strateji yanaşma ilə həyata keçirildi”.

Nazirlər Kabinetinin şöbə müdirinin sözlərinə görə, son illər Prezident İlham Əliyevin apardığı genişmiqyaslı islahatlar nəticəsində qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yaxşılaşdırılması və ixrac potensialının artırılması sahəsində nəzərəçarpan nailiyyətlər əldə olunub. Bununla da ölkədə əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyinin daha da artırılması, qida sənayesinin beynəlxalq bazarlarda daha nüfuzlu olması istiqamətində növbəti addımlar atılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR