Slimfit
  1. AZƏRBAYCAN

Nizamidə koronavirusun yayılmasının qarşısının alınması istiqamətində tədbirlər görülür

Nizamidə koronavirusun yayılmasının qarşısının alınması istiqamətində tədbirlər görülür
Sakura

Nizamidə koronavirusun yayılmasının qarşısının alınması istiqamətində tədbirlər görülür

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nizami rayonunda sanitar-dezinfeksiya və digər qabaqlayıcı tədbirlər davam etdirilir. 

Unikal.org xəbər verir ki, 27 mart 2020-ci il tarixində də rayon ərazisində sanitar-dezinfeksiya işləri aparılıb, küçələr xüsusi dezinfeksiyaedici maddələrlə yuyulub, yaşayış binalarının pilləkən qəfəsələri, məhəllələrdəki uşaq-əyləncə qurğuları, idman meydançaları, istirahət parkları dezinfeksiya olunub.

 

Bundan əlavə, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması üçün qabaqlıyıcı tədbirlərə uyğun olaraq Rayon İcra Hakimiyyətində yaradılan müvafiq qruplar tərəfindən binalarda, ictimai yerlərdə sanitar-dezinfeksiya işlərinin mütəmadi aparılmasına nəzarət edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 26 mart 2020-ci il tarixində keçirdiyi iclasda verilən tapşırıga uyğun olaraq, rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət edilir, habelə ərazidə sakinlərlə fərdi izahatetmə-xəbərdarlıq işləri aparılır. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR