Slimfit
  1. TARİX

Nizami Gəncəvinin babası

Nizami Gəncəvinin babası
Sakura

Nizami Gəncəvinin babası

Nizami Gəncəvinin babası
Nizami Gəncəvinin adı İlyas, atasının adı Yusif, babasının adı Zəki olmuşdur: oğlu Məhəmmədin doğulmasından sonra künyə olaraq Əbu Məhəmməd deyilib. Yəni Əbu Məhəmməd İlyas ibn Yusif ibn Zəki Müəyyəd.
Ədəbi ləqəb kimi şair "Nizami" sözünü seçmişdir
Bəzi qaynaqlarda adı belə keçir:
1) Nizam əd-Din Əbu Məhəmməd İlyas ibn Yusif ibn Zəki ibn Müəyyəd
2) Hakim Camal əd-Din Əbu Məhəmməd İlyas ibn Yusif ibn Zəki ibn Müəyyəd Nizami
3) Camal ad-Din əbu Muhəmməd İlyas bin Yusuf bin Zəkiəddin bin Müəyyəddin əl-Gəncəvi
4) Şeyx Nizamaddin Əbu Mahammad İlyas İbn Yusif İbn Zaki İbn Müayyad...
Qəribəsi oldur ki «Molla Nəsrəddin» jurnalı (21 dekabr 1908, №51) də Şeyx Əbu Məhəmməd İlyas bin Yusif bin Mobid deyə verilir. Yəni babasının adı Zəki və ya Zəkiəddin yox Mobid olaraq qeyd olunub.
Nizami Gəncəvinin babası Zəki Müəyyəd-din , Gəncədə din xadimi və Səlcuqlar sarayına yaxın bir şəxs idi və "Müəyyəd-din" - (dində Allah tərəfindən qüvvət verilən, saxlanılan) tituluna layiq görülüb.
Nizami özü "Leyli və Məcnun" əsərində - atasından danışarkən, babasının adını "Zəki Müəyyəd" adı ilə yad etmişdir:
Əgər babaların adəti ilə atam -
Yusif Zəki Müəyyəd oğlu köçdüsə,
Dövranla necə dava salım?
Bu, dövranın qanunudur, zülm deyil, nə sızlayım?
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR