Dərc edildi: Baxış sayı: 1063
Nizami Gəncəvi - Yəmən soltanının baxdım qəbrinə
Yəmən soltanının baxdım qəbrinə,
Bir kəfən çıxarıb o verdi mənə.
Dedi ki, gülmə sən səxavətimə,
Dünyadan köçərkən bu çatıb mənə.
Dedim bu qəlbimə gəl qan uddurma,
Bir busə lütf elə, uzaqda durma.
Nə etsə yaxşıdır, gəlib yaxına,
Göstərib ləbini, dedi: "Əl vurma".
Ədalət həmişə zəfər gətirər,
Zülm isə aləmə zərər gətirər.
Səxavət pərdələr çəkər eyb üstə,
Hümmətsə adama hünər gətirər.
Ömür vəfasızdır, gülüm, insana,
Yaxşılıq toxumu sən ək hər yana.
Bu dünyada heç kəs qalmayacaqdır,
Barı vəfalı ol öz dostlarına.
Şadıq ki, qəm ilə yar olmuşuq biz,
Qan oldu könlümüz hər ləhzə sənsiz.
Odlu ah çəkmədən dodaq açmadıq,
Yaşsız yuyulmayıb bu gözlərimiz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət