Dərc edildi: Baxış sayı: 2773
Nizami Gəncəvi - Cavanlıq köç edər, qoyma, gedər əldən, zaman keçsin
Cavanlıq köç edər, qoyma, gedər əldən, zaman keçsin,
İnanma, bir daha burdan qəribi-karixan keçsin.
İtən gənclik sorağilə qocalar yer süründükcə,
Bükülüdü bel, bu mümkünmü ömür daim cavan keçsin?
Əziz ömrü şirin tut ki, keçər, bərbad olar, qafil!
Qədr bil, vermə gəl əldən həyati-cavidan keçsin!
Canı can verib alsaydın bilərdin qədrini şəksiz,
Bilərmi oğru mal qədrin, ələ yaxşı-yaman keçsin.
Nə qəmlərdən qəm əksilməz, nə bir nöqsan tapar şadlıq,
Günün istər qara keçsin, ya istər şadiman keçsin.
Nizami, varsa eşqin coş nəvayi-ərğənun ilə,
Əlində saqinin gəlsin şərabi-ərğəvan keçsin!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət