Slimfit
  1. DÜNYA

Niyə Qərb Ukraynanı İsrail kimi müdafiə etmir: Borrelin cavabı

Niyə Qərb Ukraynanı İsrail kimi müdafiə etmir: Borrelin cavabı
Sakura

Niyə Qərb Ukraynanı İsrail kimi müdafiə etmir: Borrelin cavabı

"Qərb müttəfiqlərinin Ukrayna və İsrail səmalarını müdafiə etməsi iki fərqli şeydir, onları müqayisə etmək olmaz".

Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki, Avropa Birliyinin baş diplomatı Josep Borrell deyib.

Onun sözlərinə görə, İsrailin "Dəmir Gümbəz" sisteminin analoqunun Avropada yerləşdirilməsi vaxt və külli miqdarda vəsait tələb edəcək. “İkincisi, İranın hücumu zamanı raketlər Fransa, ABŞ və İordaniyaya məxsus hava bazaları üzərindən uçdu. Onlar da öz bazalarını müdafiə etdilər. Ukraynada isə belə deyil. ABŞ, Böyük Britaniya və İordaniyaya aid heç bir hava bazası yoxdur”, - deyə “European Pravda” diplomata istinadən məlumat verib.

Cozef Borel, Josep Borrell Josep Borrell

Eyni zamanda o, əmindir ki, Avropa İttifaqı ölkələri Ukraynaya hava hücumundan müdafiəni gücləndirməkdə kömək etməlidir. O ümid edir ki, Aİ müdafiə nazirlərinin aprelin 22-nə planlaşdırılan görüşündə “bu istiqamətdə kifayət qədər konkret öhdəliklər” veriləcək.

Qeyd edək ki, aprelin 14-nə keçən gecə İran müxtəlif növ raketlər və kamikadze pilotsuz təyyarələrlə İsrailə kütləvi hücum edib. Ölkənin tərəfdaşları İsrailə yaxınlaşarkən onların vurulmasına kömək ediblər.

Ukrayna hücumu pisləyib. Prezident Vladimir Zelenski qeyd edib ki, partnyorların hücumu dəf etməkdə köməyi belə qərarların NATO-nun 5-ci maddəsindən yox, siyasi iradədən asılı olduğunu göstərir.

Ağ Ev bildirib ki, İsrail və Ukrayna “fərqli hava məkanına və fərqli təhlükə mənzərəsinə malikdir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR