Slimfit
  1. CƏMİYYƏT

Niyə icra hakimiyyətlərinin saytları bir-birinə bənzəyir?

Niyə icra hakimiyyətlərinin saytları bir-birinə bənzəyir?
Sakura

Niyə icra hakimiyyətlərinin saytları bir-birinə bənzəyir?

Hər gün inofrmasiya və texnologiya əsrində yaşadığımızı dəfələrlə təkrarlasaq da, bəzi qurumların hələ də keçən əsrdə qaldıqlarını görmək mümkündür. Bunun üçün sadəcə onların internet saytlarına baş çəkmək yetərlidir.

Ens.az Konkret.Az-a istinadən xəbər verir ki,Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın və “Virtual Qarabağ” İKT Gənclər İctimai Birliyinin sədri Nurəddin Mehdiyev feysbuk profilində maraqlı bir problemə toxunub.

N.Mehdiyev ölkənin inzibati vahidlərinin – icra hakimiyyətlərinin veb-resurslarının hamısının sanki inkubatordan çıxdığından gileylənib:

“Niyə Azərbaycan rayonlarının icra hakimiyyətlərinin saytları bir-birinə oxşayır? Bu saytlar prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatları əks etdirmir. Saytlarda verilən məlumatlar standartdır və zəngin deyil. Rayonların turizm potensialı təbliğ olunmur. Yeni yanaşmadan söhbət belə gedə bilməz. İşğal olunmuş rayonlarımızın saytları isə daha bərbaddır. Elə bil işğal olunmamış rayonun internet səhifəsinə daxil olursan. Bu saytlarda işğal altında olan rayonların tarixi-mədəni abidələri haqqında məlumatlar az, foto və videolar isə demək olar ki, yoxdur. Tarixi məlumatlar və işğal faktları qeyri-dəqiqdir. Bir vətəndaş, bir gənc, bir potensial turist həmin saytlara daxil olub nə öyrənə bilər? Ümid edirəm ki, yazdıqlarım diqqəti cəlb edəcək”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR