Niyazi Bayramov sakinlərin müraciətlərini dinləyib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti vətəndaş qəbulunu keçirib. Qəbulda vətəndaşları narahat edən məsələlər dinlənilib, dilə gətirilən problemlərin həlli üçün müvafiq tədbirlər görülüb.
Görüşdə səsləndirilən məsələlər arasında fərdi yaşayış evinə qaz xəttinin çəkilməsinə köməkliyin göstərilməsi, işlə təminat, müalicə üçün göndərişin verilməsi kimi məsələlər üstünlük təşkil edib.
Sakinlərin müraciətlərini tək-tək dinləyən şəhər rəhbəri, səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər yerindəcə öz həllini tapıb. Digər müraciətlər isə araşdırılaraq, qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata götürülüblər.
--
ganjanews az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət