Slimfit
  1. MEDİA

Niyazi Bayramov Rumıniyanın səfirini qəbul edib

Niyazi Bayramov Rumıniyanın səfirini qəbul edib
Sakura

Niyazi Bayramov Rumıniyanın səfirini qəbul edib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İankunu qəbul edib. Görüşdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında müzakirələr aparılıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov rəsmi qonağa Gəncənin mədəniyyəti, tarixi və sənaye potensialı haqqında ətraflı məlumat verib. O bildirib ki, Gəncədə 3 universitet və 3 kollec var. Burada Gəncə Avtomobil Zavodu, “AzərAlüminium” ASC, “Gəncə Şərab - 2” kimi iri sənaye müəssisələri fəaliyyət göstərir, “Süni Mərmər və Qranit İstehsalı” zavodunun tikintisi isə davam etdirlir. Şəhər rəhbəri həmçinin Gəncənin 2019-cu il üçün Avropa İdman Şəhəri seçildiyini bildirib. Bununla yanaşı o, Gəncənin bir sıra beynəlxalq festivallara ev sahibliyi etdiyini də qeyd edib.

Rumıniyanın Azərbaycandaki fövqəladə və səlahiyyətli səfiri Dan İanku artıq 3-cü dəfədir ki Gəncədə qonaq olduğunu qeyd edib. O, yenidən Nizami yurdunda olmaqdan böyük məmnunluq hiss etdiyini bildirib. Gəncənin iqtisadi və mədəni potensialını yaxından öyrəndiyini söyləyən səfir, gəlişinin məqsədindən söz açıb. O qeyd edib ki, əsas hədəfi ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında müzakirələr aparmaqdır. Bu məqsədlə Azərbaycan  Dövlət Aqrar və Gəncə Dövlət Universitetlərində də bir sıra görüşlərin nəzərdə tutulduğunu vurğulayıb. Səfir Gəncə ilə Rumıniyanın bir sıra şəhərləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına, ölkələrarası münasibətlərin daha da inkişaf etməsinə çalışacağını bildirib.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, şəkil çəkdirilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR