Slimfit
  1. MEDİA

Niyazi Bayramov aparılan tikinti, təmir və abadlıq işlərinin gedişatı ilə tanış olub

Niyazi Bayramov aparılan tikinti, təmir və abadlıq işlərinin gedişatı ilə tanış olub
Sakura

Niyazi Bayramov aparılan tikinti, təmir və abadlıq işlərinin gedişatı ilə tanış olub

Gəncədə yaz mövsümünün gəlişi ilə əlaqədar olaraq genişmiqyaslı təmir, tikinti və abadlıq işləri həyata keçirilir. Hazırda şəhərin əsas küçə və prospektlərinin asfaltlanmasına başlanılıb. Belə ki, Gəncənin Heydər Əliyev və Nizami Gəncəvi prospektləri, İsmət Qayıbov küçəsində abadlıq işləri həyata keçirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov işlərin gedişatı ilə yerində maraqlanıb. O, İ.Qayıbov küçəsində olub. Görülən işlərlə yerində tanış olan şəhər rəhbəri, sakinlərlə də görüşüb, onların təkliflərini dinləyib.

Daha sonra şəhər rəhbəri Xarici dillər təmayüllü internat tipli gimnaziyanın tikintisi ilə tanış olub. Niyazi Bayramova məlumat verilib ki, Xarici dillər təmayüllü internat tipli gimnaziyanın tədris binası 3 mərtəbədən ibarətdir. Burada sinif otaqları, kitabxana, akt və idman zalı, yeməkxana, kompüter otağı və labaratoriya mövcuddur. İnternat tipli gimnaziyanın yataqxana binası tədris korpusundan ayrıdır və 2 mərtəbədən ibarətdir. Hazırda burada son tamamlama işləri həyata keçirilir və gimnaziyanın may ayının sonuna təhfil verilməsi nəzərdə tutulur.

Niyazi Bayramov Gəncədə inşası davam etdirilən yeni ASAN Xidmət Mərkəzində aparılan işlərlə də tanış olub. İş icraçıları ilə söhbət edən icra başçısı onlara öz tapşırıq və tövsiyyələrini verib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev isə “Gəncə Tekstil” ASC-də olub. Birinci müavin istehsal sahəsinin genişləndirilməsi və yeni iş yerlərinin yaradılması məsələsi ətrafında müəssisə rəhbəri ilə geniş müzakirələr aparıb.

--
ganjanews az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR