Dərc edildi: Baxış sayı: 2774
Nişanlı oğlan özünün uşaq şəkillərinin birində gələcək həyat yoldaşını gördü
Nik Viler və Eymi Meyden toydan əvvəl Nikin nənəsi gildə onun köhnə şəkillərinə baxırdılar. Eyminin gözünə bir şəkil dəydi, bu Nikin çimərlikdəki şəkli idi, arxa planda isə ondan bir neçə metr uzaqlıqda... Kim var idi?
Bəli, Eymi.
Balaca qız uşağı çimərlikdə oynayırdı, heç vaxt təsəvvür edə bilməzdi ki, onun gələcək həyat yoldaşı onun yanındadır.
Bu şəkil 1994-cü ildə Eminin böyüdüyü Böyük Britaniyanın Maushol şəhərində çəkilib. Nik buradan 300km məsafədə yaşayıb və həmin gün ora ailəsi ilə birgə gəlmişdi. Əgər həmin gün kimsə yaxınlaşıb onların gələcəkdə evlənəcəyini desəydi onlar həmin insanı dəli hesab edərdi. Ancaq iyirmi ildən sonra bu baş verdi.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət