Niksonun Klintona 30 il öncəki Ukrayna xəbərdarlığı
ABŞ-ın keçmiş prezidenti Riçard Nikson 1994-cü ildə o vaxtkı prezident Bill Klintona yazdığı məktubda Ukraynadakı münaqişəni qabaqcadan görürdü.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” yazıb.
“Ukraynada vəziyyət son dərəcə təhlükəlidir. Nəzarətdən çıxsa, o zaman Bosniyadakı vəziyyət bunun yanında uşaq söhbəti kimi görünəcək. Amerikalı diplomatlar Ukrayna məsələsinə kifayət qədər diqqət yetirməyiblər. Ukraynanın fövqəladə əhəmiyyətini nəzərə alaraq, mən dərhal Kiyevdəki diplomatik mövcudluğumuzu gücləndirməyi xahiş edirəm”, - nəşrin yaydığı məktubda qeyd olunub.
7 səhifədən ibarət məktubu Nikson Rusiya və Ukraynaya iki həftəlik səfərindən sonra yazıb. Məktub 30 ilə yaxın gizli qalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət