Dərc edildi: Baxış sayı: 300
Nikolas Maduro Azərbaycana gəlib
Venesuela Prezidenti Nikolas Maduro Azərbaycana gəlib.
APA-nın xəbərinə görə, bu barədə Venesuela Prezidenti “Twitter”də bildirib.
Venesuela Prezidenti N. Maduronu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Baş Nazirinin müavini Əli Əhmədov qarşılayıb.
N. Maduro Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçiriləcək XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfər edib.
Qeyd edək ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü 25-26 oktyabr tarixlərində keçiriləcək.
Zümrüd Paşkin
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət