Slimfit
  1. İDMAN

Nikola Yurçeviç: 'Yenə Azərbaycanda çalışmağım mümkündür' - MÜSAHİBƏ

Nikola Yurçeviç: 'Yenə Azərbaycanda çalışmağım mümkündür' - MÜSAHİBƏ
Sakura

Nikola Yurçeviç: 'Yenə Azərbaycanda çalışmağım mümkündür' - MÜSAHİBƏ

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi postunu tərk edən Nikola Yurçeviçin “Report”a müsahibəsi:

- AFFA-nın sizinlə müqavilə müddətini uzatmaq istəməməsini necə qarşıladınız?

- Zaqrebdə keçirdiyim son həftə ərzində özümü və milli komandanın gələcəyini düşünürdüm. Müqaviləni uzatmaqda maraqlı olub-olmamağımla bağlı özüm də əmin deyildim. İnsanlar daha real olmalıdırlar. Azərbaycanın Avropa futbolundakı mövqeyini nəzərə alsaq, yalnız addım-addım inkişaf edə bilərik. Daha yaxşı komanda formalaşdırmaq üçün vaxt lazımdır. Rəqiblərlə müqayisədə Azərbaycan futbolçuları Avropanın tanınmış klublarında çıxış etmirlər. Gənc oyunçularla düzgün işləməklə və pillə-pillə getməklə uğura nail olmaq mümkündür. Bununla belə, AFFA-dakı hər kəsə mənə verdikləri dəstəyə və peşəkar işlərinə görə təşəkkür edirəm.

- Millidə bir seçmə mərhələni əhatə edən 10 aylıq fəaliyyətinizi necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, gələcək üçün bir sıra yeni və gənc oyunçuları üzə çıxardıq. Keyfiyyətcə daha üstün komandalara qarşı çox yaxşı oynadıq və əlavə xallar qazanmaq şansımız vardı. Qrupumuzda San Marino kimi asan rəqibimiz olsaydı, yəqin ki, daha 6 xal qazanardıq və bu, komandaya daha çox özünəinam verərdi.

- Bugünkü hesabatınızda hansı məsələlərə toxundunuz?

- İcraiyyə Komitəsinə illik hesabat verdim. Bu, normal və peşəkar davranışdır. Bütün oyunları təhlil etdim. Seçmə mərhələdə bizə qarşı çoxlu hakim səhvləri oldu. Premyer Liqada 8 komanda çıxış etdiyindən yığmada rəqabət üçün yetərincə oyunçunun olmadığına diqqət çəkdim. Üstəlik, bəziləri klublarında oynamırlar. Həmçinin seçmə mərhələdə hər görüşdə cəza və zədə üzündən 3-4 futbolçunun xidmətindən yararlana bilmədik. Xaricdə oynayan futbolçuların da sayı yetərli deyil. Komandanın gələcəyi ilə bağlı analiz aparmağa çalışdım. Fikrimcə, növbəti Millətlər Liqasında müsbət nəticə qazanmaq üçün daha yaxşı şans var.

- Bundan sonra nə etmək fikrindəsiniz: Azərbaycanın hansısa klubundan təklif gəlsə, qalmaq istəyərdiniz?

- İndi boşda olan məşqçiyəm və bütün təkliflərə açığam. Bir gün yenə Azərbaycanda çalışmağım mümkündür. Deməliyəm ki, mən və ailəm Bakı kimi gözəl, Azərbaycan kimi əla ölkədə yaxşı insanların əhatəsində çox yaxşı vaxt keçirdik. Bura ilə bağlı yalnız müsbət sözlər deyə bilərəm. Oyunçulara, komandadakı personala, azarkeşlərə, bir sözlə, hər kəsə təşəkkürlər!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR