Slimfit
  1. DÜNYA

Nikol-Robert savaşı Qarabağa sıçradı

Nikol-Robert savaşı Qarabağa sıçradı
Sakura

Nikol-Robert savaşı Qarabağa sıçradı

Qarabağın separatçılarının keçmiş “baş naziri” Araik Arutyunyan separatçı rejimin rəhbərliyinə namizədliyini irəli sürüb.

Axar.az xəbər verir ki, onun namizədli “azad vətən partiyası” tərəfindən irəli sürülüb.

Qeyd edək ki, qondarma rejimdə prezident seçkisi 2020-ci ildə keçiriləcək.

Araik Arutyunyan separatçılar arasında nüfuzlu şəxslərdən biri sayılır. O, bundan əvvəl qondarma rejimin “baş naziri” vəzifəsini tutub. Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra Arutyunyan səssiz mövqe tutub və Paşinyan hökumətinə qarşı heç bir sərt ittiham səsləndirməyib. Məhz bu amilə görə sonradan hökumətə yaxın mətbuat Arutyunyanın qondarma rejimə Saakyanın yerinə rəhbər gətiriləcəyi haqqında məlumat yayıb.

 

Hazırkı separatçı rejim daxilində hakimiyyət uğrunda mübarizə Köçəryan və Paşinyanın dəstəklədiyi simalar arasında aparılır. Belə ki, bu mübarizədə Köçəryanın klanı Vitali Balasanyanı, Paşinyanın isə Arutyunyanı dəstəklədiyi iddia edilir. Bununla belə başqa variant səsləndirən qüvvələr də mövcuddur. Belə ki, bəzi ekspertlər Arutyunyanın Serj Sərkisyanla yaxın əlaqələrə sahib olduğunu və gizli şəkildə onun tapşırıqlarını icra etdiklərini bildirirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR