Dərc edildi: Baxış sayı: 265
Nikol Paşinyan: “Yaxın vaxtlarda Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək”
“Yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçiriləcək”.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Nazirlər Kabinetinin iclasında bildirib.
O, XİN başçılarının mayın 1-4-də Vaşinqtonda keçirilmiş danışıqları zamanı əldə edilmiş bəzi irəliləyişlərin inkişaf edəcəyinə ümid bəslədiyini vurğulayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət