Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan noyabrın 8-9-da Qazaxıstana işgüzar səfərə…
Ermənistanda baş nazir vəzifəsini icra edən Nikol Paşinyan noyabrın 8-9-da Qazaxıstana işgüzar səfərə gedəcək.
Ermənistan KİV-lərinin məlumatına görə, yerli hökumətin mətbuat xidmətinin məlumatına görə, N.Paşinyan Astana şəhərində keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Şurasının (KTMTŞ) sessiyasında iştirak edəcək.
Qeyd edək ki, KTMTŞ üzvü olan ölkələrin (Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan) hökumət başçılarının iştirak edəcəyi sessiyanın gündəliyindəki əsas məsələ erməni Yuri Xaçaturovun istefası ilə boşalan baş katib vəzifəsinə seçkilərdir.
KİV xəbərlərinə görə, Ermənistan tərəfi bu kürsüdə onların təmsilçisilərinin olması üçün canfəşanlıq etdiyi halda, KTMTŞ dairələrində həmin vəzifəyə Belarusun Təhlükəsizlik Şurasının Baş katibi Stanislav Zasın təyinatı məsələsi müzakirə olunur.
Mənbə: Virtualaz.org
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət