Dərc edildi: Baxış sayı: 276
Nikol Paşinyan dindirilmək üçün 44 günlük müharibəni araşdıran kommisiyaya çağırılıb
Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini araşdıran kommisiyaya çağırılıb.
“Report” xəbər verir ki, bunu ölkə parlamentinin Müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan bildirib.
O deyib ki, N.Paşinyan iyun ayında komissiyada dindiriləcək. Hökumət başçısı bir çox suala cavab verməli olacaq.
Xatırladaq ki, sözügedən komissiya 2022-ci ilin fevral ayında yaradılıb.
Bu il may ayının 3-də komissiyanın fəaliyyət müddəti daha 3 ay uzadılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət