Slimfit
  1. DÜNYA

“Nike” dan məhsullarını yandıranlara qeyri-adi reaksiya

“Nike” dan məhsullarını yandıranlara qeyri-adi reaksiya
Sakura

“Nike” dan məhsullarını yandıranlara qeyri-adi reaksiya

Amerikada “Nike” firmasının məhsulları kütləvi şəkildə yandırılır. Səbəb isə firmanın məşhur idmançı Colin Kaepernick ilə müqavilə bağlamasıdır.

ABŞ – ın ən böyük idman geyim markalarından biri olan “Nike” firmasının yeni reklam kampaniyasının siması olaraq ABŞ Milli Futbol Liqası (NFL) keçmiş oyunçusu Colin Kaepernicki seçməsindən sonra markaya qarşı etirazlar yüksəldi.

Colin Kaepernick NFL matçlarından əvvəl ənənəvi olaraq oxunulan milli himn zamanı ayağa qalxmayıb diz üstə çökərək ABŞ – da qara dərililərə qarşı irqçilik və polis zorakılığına qarşı öz etirazını ifadə etmişdi. Daha sonra o, milli himn oxunarkən ayağa qalxmayan ilk idmançı olduğu üçün komandadan uzaqlaşdırılmışdı. Bir müddətdir idman karyerasına fasilə verən Kaepernickin “Nike” firmasının yeni reklam kampaniyasında iştirakına etiraz edən insanlar markanın məhsullarını yandıraraq və bunu sosial media vasitəsilə paylaşaraq öz etirazlarını göstərməyə başladılar.

Bu vəziyyət Amerikanı, hətta sosial medianı ikiyə bölüb desək yalan olmaz.

Mühafizəkar amerikalılar  və Trampın havadarları tərəfindən “Nike” firmasına qarşı boykot kampaniyaları başladılıb.

“Nike” firmasını seçiminə görə qınayan və məhsullarını yandıran insanlar isə ölkələri ilə “Nike” arasında seçim etmələrinin vacib olduğunu və öz ölkələrini seçdiklərini bildirirlər.

“Nike” isə öz qərarının arxasında durduğunu göstərən növbəti addımı atdı, məhsullarını yandıranlara əhəmiyyət vermədiyini bir paylaşımla göstərdi.

Nike, “Məhsullarımızı təhlükəsiz şəkildə necə yandıra bilərsiniz” başlığı ilə bir növ təlimat xarakterli paylaşımında  məhsullarının açıq havada yandırılmasının zəruri olması, məshullar yanıb qutardıqdan sonra atəşin su ilə söndürməli olması kimi nüansları qeyd edib.

 

 

Mənbə: Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR