Slimfit
  1. CƏMİYYƏT

NİİM tapılmasa BNA-nın işləri düzəlməyəcək

NİİM tapılmasa BNA-nın işləri düzəlməyəcək
Sakura

NİİM tapılmasa BNA-nın işləri düzəlməyəcək

Köhnəsi artıq yoxdur, bəs nəqliyyatın yeni intellektual idarəetmə modeli necə olacaq ?

Baxıram ki, hələ də Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi adlı qurum bir struktur olaraq ortada yoxdur.

BNA-nın rəsmi elan olunan strukturunda hələ də NİİM görsənmir. Belə görünür ki , hələ də NİİM-lə bağlı "duman" ortadan çəkilməyib.

Sabiq nazir Ziya Məmmədov 130 milyonluq layihəni necə fırladıbsa BNA hələdə onu balansa oturda bilməyib.

Xatırlayıram ki, BNA rəhbəri Vüsal Kərimli bir neçə il öncə Prezident qarşısında çıxış edəndə NİİM MMC-nin BNA balansına verilməsini sürətləndirməyi xahiş etmişdi.

Ümumiyyətlə, Azərbaycanın dövlətçilik tarixində NİİM MMC bəlkə də yeganə dövlət qurumdur ki, həm mövcuddur , həm də mövcud deyil.

Mövcuddur ona görə qeyd edirəm ki , faktiki qurum olaraq fəaliyyətdədir, satınalmalarda yaxından iştirak edir :).

Mövcud deyil ona görə ki, 2011-2018 –ci illər arasında bu qurumla bağlı bir neçə fərman və sərəncamlar, NK qərarları olsa da, heç biri indiyədək icra olunmayıb və NİİM MMC görsənir ki , hazırda heç bir qurumun balansında deyil.

Güman ki, 130 milyonluq layihədən ortada gözə görünən, normal bir şey qalmadığına görə sahib durmaq istəyən yoxdur.

Dünən baş verən “taksi əhvalatı”dan sonra bir anlıq düşündüm ki, bəlkə ortada nəqliyyatın intellektual idarəetməsi, intellektual yanaşma olmadığından BNA rəsmisi Hikmət Babayev öz intellektinə əsaslanaraq “taksidən zənginlər istifadə edə bilər” açıqlamasını verib :)

Düzü, heç bilmədim BNA, bunun rəsmi mövqe olmaması ilə bağlı təkzib edib ya yox, amma görünən odur ki, qurumda sektorun tənzimləməsinə yanaşmalarla bağlı ciddi problemlər var.

Ehtiyac var ki, BNA rəhbərliyi buna aydınlıq gətirisin, rəsmi açıqlamalar versin.

Təkcə qeyd olunan məsələ ilə bağlı yox, ümumiyyətlə nəqliyyat infrastrukturnun intellektual tənzimlənməsinin perspektivi ilə bağlı açıqlamalar verilməsi faydalı olardı.

Köhnə NİİS artıq yoxdur və olmayacaq, bəs yeni NİİS necə olacaq, hansı həllər təklif olunacaq ?

Fikrimcə, indiki halda taksi fəaliyyətini tənzimləyən həmin məşhur Konsepsiyadan daha çox, məhz nəqliyyatın intellektual idarəedilməsinə yeni yanaşmaların necə olması ilə bağlı Konsepsiya vacibdir. BNA-dan indiki halda gözləntilər məhz yeni NİİS -lə bağlıdır.

Bildiyim qədər BNA Yaponiya və digər ölkələrin şirkətlərilə iş birliyi quraraq , artıq nəqliyyatın intellektual idarəedilməsi istiqamətində işlərə yenidən başlayıb. Bir neçə rəqəmsal həll hazırlandığı bildirilir.

Düşünürəm ki, daha çox bu istiqamətdə addımalrın sürətləndirilməsinə və açıqlamalara ehtiyac var.

Mənbə: Osman Gunduz

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR