Slimfit
  1. MƏDƏNİYYƏT

Nigeriyanın müstəqillik günündə Azərbaycan da təmsil olunub

Nigeriyanın müstəqillik günündə Azərbaycan da təmsil olunub
Sakura

Nigeriyanın müstəqillik günündə Azərbaycan da təmsil olunub

Nigeriyanın müstəqillik günü ilə əlaqədar Laqos şəhərində Banana Mədəniyyət Festivalı keçirilib. Festivala Laqosda yaşayan Mərakeş, Tunis, Əlcəzair, Misir, Fransa, İtaliya, Nigeriya, İngiltərə və Almaniya da daxil olmaqla ümumilikdə 20 ölkənin nümayəndəsi qatılıb.

AZƏRTAC xəbər verir ki, ölkəmizi tədbirdə Nigeriyada yaşayan Azərbaycanın Dostları Təşkilatının prezidenti Billurə Bayramova təmsil edib.

Festivalda Azərbaycanin dövlət himni səsləndirilib. Qonaqlara xalqımızın ləziz yeməkləri - dolma, qutab, plov, paxlava, sac qovurması təqdim olunub. Ölkə mediasına və iştirakçılara Azərbaycanın tarixi və mədəniyyəti barədə geniş məlumat verilib. Festivalda ifa olunan milli rəqslərimiz böyük maraqla qarşılanıb.

Qeyd edək ki, festivalın təşkilində əsas məqsəd Nigeriyada yaşayan müxtəlif ölkələrin vətəndaşlarının öz dövlətlərini təbliğ etmək, özlərinə məxsus mətbəx nümunələri, musiqi, milli mədəniyyət və tarixləri barədə iştirakçılara dolğun məlumatlar verməkdən ibarətdir.

Festivalda müxtəlif ölkələrin səfirləri, Laqosda yerləşən tanınmış şirkətlərin nümayəndələri və Nigeriyanın mədəniyyət naziri və digər rəsmi şəxslər iştirak ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR