Dərc edildi: Baxış sayı: 640
Nigar Xanım bint Osman - Fəryad ki, fəryadıma imdad edəcək yox
Feryad ki, fəryadıma imdad edəcək yox,
Əfsus ki, qəmdən məni azad edəcək yox.
Təsiri məhəbbətlə yıxılmış gözəl, amma
Viranə dili bir daha abad edəcək yox.
Kes varsa əlaqən mənə ey taleyi-dunum
Sən var ikən aləmdə məni yad edəcək yox.
Haqq ilə bilir zar könül haləti-eşqi
Mahirdir o fəndə, onu ustad edəcək yox.
Yarəb, ne üçün zari-Nigari bu cahanda
Naşad edəcək çoxsa da, bir şad edəcək yox?...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət