Dərc edildi: Baxış sayı: 663
Niderlandlı rəssam Van Qoqun özünə sui-qəsd etdiyi silah hərraca çıxarılıb
“AuctionArt-Rémy Le Fur” hərrac evi Van Qoqun özünə qəsd etdiyi odlu silahı satışa çıxarıb.
AZƏRTAC xəbər verir ki, tapança 1960-ci ildə bir fermer tərəfindən tapılıb.
Məşhur rəssam 1890-cı ildə Fransaya köçüb və Arthur Ravoux mehmanxanasında 5 nömrəli otaqda yaşayıb. Rəssam sənətin zirvəsinə yüksəlsə də, əqli cəhətdən böyük problemlər yaşayıb. Elə bu səbəbdən də 1890-cı il iyulun 27-də yaşadığı mehmanxananın yaxınlığında özünü tapança ilə vurub. Şahidlərin dediyinə görə, rəssam iki gündən sonra aldığı yaradan dünyasını dəyişib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət