Braziliyalı forvard Neymar, Barcelona futbol komandasından Paris Saint-Germain komandasına səs-küylü…
Bundan əvvəl ispan futbol liqası La Liqa, bu ödənişi rədd etmişdi (İspaniya qaydalarına əsasən, kompensasiyanı La Liqaya oyunçu özü keçirməlidir və transfer baş tutduqdan sonra, Liqa məbləğı satan kluba ödəyir).
İspaniya Liqası təsdiqləyir ki, transfer UEFA maliyyə sisteminin qaydalarını pozur. Qaydaya əsasən, Avropa klubları gəlirlərindən daha çox pul xərcləyə bilməzlər.
Lakin bu qərar, Neymar-ın PSG-ə keçməsinin qarşısı ala bilmədi.
Bu günün qiymətlərini nəzərə alsaq, Neymar-ın dəyəri 262 milyon dollar, 198 milyon funt sterlinq və ya 436 milyon manatdır.
Bu qiymətə nə almaq olar...
Təyyarə (ya da üç təyyarə)
Bir Neymar-a hərəsi 82.4 milyon dəyərində olan üç "Boeing 737-700" sərnişin təyyarəsi almaq olar.
Əgər ürəyinizdən daha yeni model, məsələn 737-800 keçirsə, - bu tip təyyarələr Avropa hava yolları şirkəti Ryanair-n əsasını təşkil edir - o zaman ikisini ala bilərsiniz. Yenə də əlinizdə başqa möcüzələrə xərcləmək üçün 65 milyon dollar qalacaq.
Yaxud, Neymarı-nızı şəxsi təyyarəyə dəyişə bilərsiniz - qiyməti 100 milyon dollarla ölçülən - və qalan pulu da o təyyarənin xərclərinə sərf etmək olar.
Barcelona böyüklükdə spagetti porsiyası
Bizim BBC idman redaksiyasından həmkarlarımız könüllü oxucularla birlikdə bütün gün #NeymarrMaths ("Neymar riyaziyyatı") hashtag altında təkliflər irəli sürüblər. Gəlin, onlardan bir neçəsinə nəzər salaq:
- İnsanın klonunu yaratmaq üçün 1.29 milyon funt lazımdır. 153 Neymar yaratmaq mümkün olduğu halda, bir Neymar-a 198 milyon xərcləməyə nə hacət? (York-dan Thomas)
- Bir Neymar-a Barselona şəhərini başdan-başa örtəcək qədər spagetti almaq olar (Adam Wright)
- Yaxud 792 milyon Freddo şokoladı (D Long)
Qırıcı təyyarə (və ya on ədəd)
Bombardir yox, bombardmançı istəyirsiniz?
Qəti qorxusu yoxdur. BBC ABŞ-n sevimlisi F-35 Lightning, sizə cəmi 94 milyon dollara başa gələcək. F-22 Raptor isə (istehsalı dayandırılıb) təxminən 150 milyon dollara idi.
Daha qənaətcil alıcılar üçün isə başqa bir variant da var: bir Neymar sizi Rusiya istehsalı 10 ədəd Su-24 sahibi edə bilər.
"New York Yankees"-in maaş fondu
Əgər siz beysbol həvəskarsınızsa, bir Neymar ilə "New York Yankees" komandasının bütün heyətinin bir illik maaşını ödəyə bilərsiniz.
Spotrac portalının məlumatlarına əsasən, bunun üçün cəmi 155 milyon dollara ehtiyacınız olacaq.
Digər futbol çempionlarını
Amerika futbolunun əsas kuboku hesab olunan Super Ball və ya Super Kubok sahibi "New England Patriots" komandasının maaşı isə sizə cəmi 171 milyon dollara başa gələcək.
Daha sərfəlidir.
Altı ölkədən birinin ÜDM-i
Əgər bir Neymar-ınız varsa, siz altı kiçik ölkədən birinin iqtisadiyyatını ilə müqayisə apara bilərsiniz.
Seçim sizindir: Tuvalu, Montserrat, Kiribati, Marşal Adaları, Nauru və Palau. BMT-n 2015-ci il məlumatlarına əsasən, onların Ümumi Daxili Məhsulu 33 milyon ilə 258 milyon dollar arası dəyişir.
Kiçik ada ölkələrindən birinin dövlət borcu
(və ya ABŞ-n dövlət borcunun çox cüzi bir hissəsi)
Əgər tayı-bərabəri olmayan comərdliyə imza atmaq istəsəniz, bir Neymar ilə kiçik bir ölkənin dövlət borcunu ödəyə bilərsiniz.
Məsələn, Tonqa (28.3 milyon dollar), Fici (72.4 milyon dollar), Vanuatu (82 milyon dollar) və ya Haiti (234 milyon dollar).
Təbii ki, bu ölkələrin dövlət borcu kiçikdir. Amma, dəyək ki, Birləşmiş Ştatlara dövlət borcunun ödənilməsində kömək göstərmək istəyirsiniz.
Bu halda, Neymar borcun cəmi 0.001 faizinə bərabər olur (borcun dəyəri 20 trilyon dollarla ölçülür).
Yox əgər, hələ də Neymar deyirsinizsə
Təbriklər!
Elə bu andan başlayaraq günə 1000 dollar kənara qoysanız, bir Neymar-ın qiymətini toplaya bilərsiniz... düz 718 ilə.
Mənbə: BBC Azərbaycan
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət