
Mask Trampa qarşı çıxdı
Amerikalı milyarder, Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ Prezidenti Donald Trampın ittifaqa qarşı tətbiq etdiyi ticarət tariflərinə baxmayaraq, Avropa İttifaqı ilə azad ticarət zonasını dəstəklədiyini açıqlayıb.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə o, İtaliyada Baş nazir müavini Matteo Salvininin təşkil etdiyi Konqresdə videobağlantı vasitəsilə çıxış edən zaman danışıb.
“Ümid edirəm ki, həm Avropa, həm də ABŞ-nin azad ticarət zonası yaradaraq, sıfır tarif vəziyyətinə keçməsi barədə razılıq əldə olunacaq”, - deyə sahibkar bildirib.
Mask vurğulayıb ki, o, ABŞ və Avropa İttifaqı arasında hərəkət və məşğulluq azadlığını da müdafiə edir.
Qeyd edək ki, aprelin 2-də Tramp 185 ölkəyə gömrük rüsumları tətbiq etdiyini açıqlayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət