Slimfit
  1. İDMAN

Neymar “Real”a keçməyə razılıq verdi

Neymar “Real”a keçməyə razılıq verdi
Sakura

“PSJ”nin və Braziliya yığmasının hücumçusu Neymar Madrid “Real”ına keçməyə razılıq verib

“PSJ”nin və Braziliya yığmasının hücumçusu Neymar Madrid “Real”ına keçməyə razılıq verib. 

Oxu.Az xəbər verir ki, klub rəhbərliyi 26 yaşlı braziliyalı ilə müqavilənin şərtlərini razılaşdırıb. 

Gözlənilir ki, transfer növbəti ilin yayında baş tutacaq. “Real” Kriştianu Ronaldunu klubda əvəz edəcək futbolçuya görə 300 milyon avro ödəyəcək. 

Xatırladaq ki, bundan əvvəl Neymar bir neçə il “Barselona”da oynayıb və kataloniyalıların tərkibində iki dəfə İspaniya çempionu, üç dəfə İspaniya kubokunun, İspaniya suberkubokunun sahibi, Çempionlar Liqasının və klublararası dünya çempionatının qalibi olub. 

2017-ci ildə “PSJ”yə keçən braziliyalı ötən mövsüm 30 oyunda meydana çıxıb, 28 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR