Dərc edildi: Baxış sayı: 346
Netanyahudan Avropaya İran mesajı: Utancvericidir
İsrail Baş naziri Benyamin Netanyahu Avropa dövlətlərini ABŞ-ın İrana qarşı sanksiyalarını dəstəkləməyə çağırıb.
Axar.az xəbər verir ki, bu məlumat Netanyahunun rəsmi saytında yer alıb. O, Avropa dövlətlərinin ABŞ-ın sanksiya siyasətindən yayınmaq üçün atdığı addımlarını utancverici adlandırıb.
Netanyahu Avropanın İranı daha böyük güzəştlərlə razı salmağa çalışdığını da bildirib. Baş nazir Avropa dövlətlərinin İran qarşı təzyiqləri artırması gərəkdiyini söyləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət