Dərc edildi: Baxış sayı: 178
Netanyahu: İsrail Rəfahda əməliyyat keçirəcək, lakin əhalinin təxliyəsinə icazə verəcək
İsrail HƏMAS hərəkatına qarşı Qəzza zolağının cənubundakı Rəfah şəhərində əməliyyat keçirəcək.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Amerika İsrail İctimai Əlaqələr Komitəsinin (AIPAC) konfransında deyib.
"Biz HƏMAS-ı məhv edəcəyik, Qəzza zolağında saxlanılan girovları qaytaracağıq", - Netanyahu bildirib.
O, qeyd edib ki, əsas məsələ Qəzza zolağının heç vaxt İsrail üçün təhlükə yaratmayacağına əmin olmaqdır.
Baş nazir vurğulayıb ki, Rəfahdakı hərbi əməliyyat zamanı əhaliyə təhlükəli əraziləri tərk etmək imkanı yaradılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət