Slimfit
  1. MƏDƏNİYYƏT

Nəsimi (film, 1973)

Nəsimi (film, 1973)
Sakura

Nəsimi (film, 1973) — Rejissor Həsən Seyidbəylinin filmi

 

Məzmun

Film Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuşdur.

 

Film haqqında

  • Film aktyor Rasim Balayevin kinoda ilk işidir.
  • Film "Kodak" kinolentinə çəkilən ilk Azərbaycan filmidir.
  • Filmin çəkilişindən 2 il əvvəl YUNESKO-nun qərarı ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 600 illiyi qeyd edilmişdi. Kinematoqrafçılar da Azərbaycan xalqının mədəni həyatında böyük hadisə olan bu yubiley münasibətilə "Nəsimi" bədii filmini çəkmişlər.
  • Həm elmi, həm tarixi, həm də etnoqrafik cəhətdən dəqiqliyi saxlamaq üçün filmin müəllifləri çəkilişlərə görkəmli nəsimişünasları, filoloqları, sənətşünasları dəvət etmişlər.
  • Titr: "Bu film orta əsrlərin zülməti içərisində günəş kimi parlayan böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin mürəkkəb və faciəli taleyindən bəhs edir. XIV əsrin axırı XV əsrin əvvəllərində Azərbaycan xalqı bir tərəfdən yadelli işğalçıların, digər tərəfdən bir-birilə aramsız müharibələr aparan yerli feodallarla irticaçı ruhanilərin zülm və talanlarına məruz qalmışdı. Nəsimi yalnız dövrünün ictimai haqsızlıqlarına qarşı çıxan şair və insan ləyaqətini müdafiə edən humanist filosof olaraq qalmamışdı; onun yaradıcılığında islam qaragüruhu ilə mibarizə aparıb öz dövründə mütərəqqi rol oyanayan, eyni zamanda əsrin mütərəqqi, idealist dünyagörüşü təsirindən tamam azad olmayan hürufilik hərəkatının bir çox ideyaları da öz əksini tapmışdı. Film Nəsimi irsinin bizim üçün daha qiymətli ideyaları zülmə və istibdada qarşı üsyan motivləri əsasında yaradılmışdı".
  • Film İsa Hüseynovun "Məhşər" romanı əsasında çəkilib.
  • Rasim Balayev: "Nəsimi" yeganə tarixi filmdir ki, orada heç bir dekorasiyadan istifadə edilməyib. Çəkiliş aparılan bütün məkanlar tam təbiidir"
  • Film 2010-cu ildə bərpa edilmişdir.

 

Festivallar və mükafatlar

1)1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı
  • Kinolentə Tarixi Mövzuda Ən Yaxşı Filmə görə Mükafat verilmişdir.
  • Ən Yaxşı Kişi Rolunun İfasına görə aktyor Rasim Balayevə II Mükafat verilmişdir.

 

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari müəllifi: İsa Hüseynov
Quruluşçu rejissor: Həsən Seyidbəyli
Quruluşçu operator: Rasim İsmayılov
Quruluşçu rəssam: Məmməd Hüseynov, Mais Ağabəyov
Bəstəkar: Tofiq Quliyev
Səs operatoru: Akif Nuriyev
Rejissor: Əşrəf Mamayev, Akif Rüstəmov
Qrim rəssamı: V. Bereznyakov
Geyim rəssamı: Elçin
Montaj edən: Tamara Nərimanbəyova
Rejissor assistenti: Adil İsmayılov, Səməd Lazımov, X. Cəfərov, X. Şirinov, Gülbəniz Əzimzadə
Montaj üzrə assistent : Esmira İsmayılova
Operator assistenti: Yuri Varnovski, V. Tibirov, F. Sekandçed, V. Romanov
Rəssam assistenti: Tamilla Dağıstanlı
Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu
Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev
Redaktor: İntiqam Qasımzadə, Nataliya Şneyer
Məsləhətçi: Əli Fəhmin (leksika üzrə), M. Quluzadə (Nəsiminin yaradıcılığı üzrə), Z. Quluzadə (fəlsəfə üzrə), T. Musəvi (tarix üzrə), R. Əfəndiyev (etnoqrafiya üzrə)
Çalır: SSRİ Kinematoqrafiya Komitəsinin Orkestri
Dirijor: D. Ştilman
Filmin direktoru: Daniil Yevdayev, Bəşir Quliyev

 

Rollarda

Rasim Balayev - İmadəddin Nəsimi
İsmayıl Osmanlı - Fəzlullah Nəimi
Xalidə Quliyeva (Xalidə Qasımova kimi) - Fatma
Kamal Xudaverdiyev - Yusif
Tofiq Mirzəyev - Dövlət bəy
Almaz Əsgərova - Şəms
Səməndər Rzayev - Şirvanşah I İbrahim
Məmmədrza Şeyxzamanov - Şeyx Əzəm
Yusif Vəliyev - Teymurləng
Muxtar Maniyev - Miranşah
Əbdül Mahmudov - dərviş
Ə.Atakişiyev
Tariyel Qasımov - hürufi
Gümrah Rəhimov
Əfrasiyab Məmmədov - Teymurun döyüşçüsü
Səyavuş Şəfiyev - Mahmud
Hafiz Fətullayev
Sadıq Həsənzadə - Qara əmi
Dadaş Kazımov - Əli
Mayak Kərimov - Mirəli
Telman Adıgözəlov - hürufi
Məmməd Əlili - Mirzə
Əhməd Əhmədov
Ramiz Məlikov - sui-qəsdçi
Sadıq Saleh
K. Rəsulova
F. Sekandçed
R. İbrahimova
N. Zeynalova
Rüstəm Rüstəmov
Elxan Ağahüseynoğlu - Bahadır
Rəna Səlimova - rəqs edən (titrlərdə yoxdur)
Nadir Əzməmmədov (titrlərdə yoxdur)
Fərəc Fərəcov - mürid

 

Filmi səsləndirənlər

Şahmar Ələkbərov - Dövlət bəy (Tofiq Mirzəyev) (titrlərdə yoxdur)
Əzizağa Qasımov - Qara əmi (Sadıq Həsənzadə) (titrlərdə yoxdur)
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR