Slimfit
  1. TÜRKİYƏ

Hakan Fidan: "Ənənəvi təhdid anlayışlarına hər gün yenisi əlavə olunur"

Hakan Fidan: "Ənənəvi təhdid anlayışlarına hər gün yenisi əlavə olunur"
Sakura

Hakan Fidan: "Ənənəvi təhdid anlayışlarına hər gün yenisi əlavə olunur"

"Regionumuzda rifah yalnız əməkdaşlıq və həmrəyliklə mümkündür. Bu səbəbdən qonşularımıza düşmən kimi deyil, tərəfdaşlarımız kimi yanaşırıq".

Oxu.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalyada keçirilən Diplomatiya Forumunun açılış mərasimində çıxışı zamanı səsləndirib.

Nazir çıxışında dünyanın hazırda keçdiyi transformasiya proseslərinə diqqət çəkib və bildirib ki, bu gün diplomatiyanın mahiyyəti kökündən dəyişməkdədir.

O qeyd edib ki, kiberhücumlar, dezinformasiya və ticarət müharibələri də artıq diplomatik kəşfiyyatın əsas mövzularına çevrilib:

"Tarixin axarını formalaşdıran qlobal transformasiyanı yaşayırıq. Ənənəvi təhdid anlayışlarına hər gün yeniləri əlavə olunur" , - deyə Hakan Fidan vurğulayıb.

Nazir silahlanma yarışının yenidən başladığını bildirərək əlavə edib: "Ən böyük təhdid isə özbaşınalığın yaratdığı qaranlıq gələcəkdir".

Hakan Fidan, həmçinin vurğulayıb ki, Türkiyə bu gün böhranların mərkəzində, gərginliklərin ortasında, lakin eyni zamanda həllin də əsas ünvanında dayanan bir ölkədir.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR