Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Buraxılış imtahanında 300 bal toplayan şagird seçəcəyi universiteti AÇIQLADI

Buraxılış imtahanında 300 bal toplayan şagird seçəcəyi universiteti AÇIQLADI
Sakura

Buraxılış imtahanında 300 bal toplayan şagird seçəcəyi universiteti AÇIQLADI

Bakı şəhəri 272 nömrəli tam orta məktəbin şagirdi Sona Nurməmmədli buraxılış imtahanında 300 bal toplayaraq nümunəvi nəticə göstərib.

Ens.Az-ın məlumatına görə, təəssüratlarını AZƏRTAC-la bölüşən Sona deyir ki, bu uğurun arxasında yorulmadan, fasiləsiz çalışmaq və məqsədə sadiqlik dayanır: "Gecə-gündüz yatmırdım, oxuyurdum. Əzmlə çalışırdım və bu gün bu əziyyətimin nəticəsini görmək məni çox sevindirir".

Məktəbli qeyd edib ki, bütün fənlərə bərabər yanaşıb, çətinlik çəkmədən hazırlaşıb: "Mənim üçün çətin fənn olmayıb. Dərslərə hər gün gedirdim, məktəbdə verilən biliklər mənə çox kömək etdi".

Gələcək planlarından danışan Sona Azərbaycan Tibb Universitetini (ATU) seçmək fikrində olduğunu deyib.

Xatırladaq ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 2-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 23 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!
загрузка...

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR