Slimfit
  1. ƏDƏBİYYAT

Nəriman Nərimanov - Tənqid

Nəriman Nərimanov - Tənqid
Sakura

Nəriman Nərimanov - Tənqid

"HİFZÜL-SӘHHӘT". DOKTOR KӘRİMBӘY SULTANOV
 
 
(İdarәnin tәklifinә görә bu kitab tәnqid olunur)
 
Vәzifәmiz ağır da olmuş olsa, genә millәti-insaniyyәt naminә bu ağır vәzifәni qәbul edib işә girişirik. Bәradәrimiz, yoldaşımız doktor Kәrimbәy Sultanov da ancaq millәt vә insaniyyәt naminә sözlәrimizә diqqәt edәr. Düz iyirmi il bundan müqәddәm mәn "Nadanlığ"ı yazıb meydana buraxdım. Mәşhur mühәrrirlәrimizdәn biri, Firidunbәy Köçәrli "Nadanlığ"ı rus dilindә tәnqid etdi: yaramaz bir şey hesab edib yazanını, yәni mәni lazımınca çubuqladı. Oxuyan deyirdi: "Nadanlığ"ı yazan daha gәrәk әlinә qәlәm götürmәsin. Fәqәt onun çubuqlamağı "Nadir şah"ın meydana gәlmәsinә sәbәb oldu....
 
Doktor Sultanovun 166 sәhifәdәn ibarәt olan kitabı tibbin әn әhәmiyyәtli bir qismindәn--elmi-sәhhәtdәn bәhs edir. Bu qisim doğrudan da tibbin idealı hesab olunur. Yәni, hal-hazırda insanın әqli bir nöqtәni özü üçün müqәddәs bir mәslәk hesab edib ciddi surәtdә haman nöqtәyә yeriş edir. Nәdir o nöqtә? Yәni, bir dәrәcәyә çatmaq ki, insanın bәdәnini cürbәcür mәrәzlәrdәn nәinki dәrman vasitәsilә sağaltmaq vә hәtta mәrәzin qabağını almaq, ya mәrәzi bilmәrrә puç etmәk, ya onu zәiflәşdirmәk vә yainki insanın bәdәnini bir növ bәlәmәk ki, mәrәz ona daxil olsa da, haman bәdәn mәrәzdәn zәrәr görmәsin. Elmi-sәhhәtin indiki halı vә yerişi gәlәcәkdә doğrudan da müqәddәs, ali bir mәqsәdә çatmağa böyük ümidlәr vәd edir vә hәtta keçәn il "İqbal" da bәhs etdiyim professor Baxmetyevin teoriya tәsәvvürü bu mәsәlәdә geniş vә hala әqli çaşdıran yollar açır....
 
Böylә böyük bir mәsәlәni meydana qoymaq üçün böyük hazırlıq lazımdır. Gah vaxt bilmәk bildirmәkdәn çәtindir. Xüsusәn elmi mәsәlәlәri. İnsan әvvәla bilsin ki, özü yaxşı düşünsün, fәqәt bir qeyrisini düşündürә bilmәsin. Bir müәllimin öz elmini yaxşı bilmәsi onun yaxşı müәllim olmağına hәlә dәlalәt etmәyir. Uşaqlar çәtin dәrslәrini asan vә tez öyrәnәr isә, müәllim doğrudan da yaxşı müәllim olmağını göstәrәr. Kitab vә ya mәqalә yazan әvvәl gәrәkdir oxucularını gözünün qabağına gәtirib dә öz-özündәn soruşa: kimdәn ötrü yazıram? Oxucular da mәtlәbi düşünmәyә hazırdırlarmı?
 
Bizimcә, cәnab Sultanov kitabını yazanda bu sualları görünür ki, unudubdur.
  
Cәnab Sultanov öz müqәddimәsindә deyir: "Bir neçә on il bundan әqdәm hәkimlik sәnәt hesab olunurdu vә o zamanın hәkimlәrini sәnәtkarlar deyә adlandırırdılar" vә sonrakı sözlәrindәn dә mәlum olur ki, tibb elmi dәrәcәsinә ancaq bu "bir neçә on ildә" çatıbdır. Yәni çox vaxt deyil ki, biz doğrudan da sәnәtkardan hәkim olmuşuq. Biz özümüz bu yavuqdan bәri hәkim olduğumuz halda vә aramızda minlәrcә müxtәlif mәsәlәlәr hәlә hәll olunmamış bir zamanda, xüsusәn elmi-sәhhәt kimi müxtәlif mәsәlәlәrlә dolmuş bir şöbәdәn bәhs etmәk vә haman bәhsi hala tәzә yazı-pozu başlamış camaata yazmaq, әlbәttә, olar. Fәqәt sәmәrәsi? Haman müqәddimәsindә insanın bәdәni nәdәn ibarәt olmağını yazıb da deyir: "Biz tapmışıq kletkanı ki, bәdәnimiz bütün ayrı-ayrı kletkalardan ibarәtdir". Hәtta böylә bir kotul dil ilә yazılmış, vәsf olunmuş kletka nәdәn ibarәt olmağını 5 il kletka üstә çalışan hәkimlәr, әlbәttә, düşünәcәklәr, fәqәt oxucuların bu mәsәlәdә dә hazır olmaqlarını da nәzәrә almaq lazımdır. Habelә cәnab Sultanov uzun-uzadı "ümumi azarlar" barәsindә bәhs edib öylә bir şeylәri meydana gәtirir ki, hәkim olmayan üçün gәrәksiz mәlumatdır, desәk dә yarar. Mәsәlәn, oxucunun nәyinә lazımdır bilsin: "Deaqnustifә" nәdir? "Anamniz" nәdir? "Simpetyum" nәdir? Vә ya xalqın nәyinә lazımdır bilsin hәkimlәr nә fәnd ilә mәrәzi tapırlar? Böylә şeylәri yazıb cәnab Sultanov gәrәksiz misallar ilә, guya istәyir bu camaatı inandırsın ki, hәkimlәr şarlatan deyildirlәr. Әlbәttә, bu barәdә cәnab Sultanov hәkimlәr tәrәfindәn tәşәkkürlәrә layiqdir. Fәqәt bir az da gәrәk oxucuların sәbrini nәzәrә almaq!
 
Oxucu üçün lazım böylә bir mәlumatlardan sonra cәnab Sultanov bakteriya barәsindә uzun mәlumat verir. Burada demәk istәrdik ki, әdәbiyyatımızda әn mәşhur söz mikrobdur. Bu barәdә türk vә tatar dilindә kitabçalarımız da vardır. Bu barәdә çoxluca leksiyalar da oxunubdur. Doğru, elmi cәhәtdәn bakteriya, basil vә ya mikrob bir-birindәn fәrqli olmuş olsa da, bakteriya yerinә mikrob işlәtsәk, dünyalar qara geyinmәz, zәnn edirәm. Burada cәnab Sultanov öylә bir mәsәlәlәrә girişir ki, oxucular tamam kitabı yox, bәlkә bu iyirmi sәhifәdәn ibarәt mәqalәni oxuyub qurtarandan sonra ancaq bunu bilәcәklәrdir ki, dünyada zәrrәbini canlı heyvanlar (?) var imiş. Әsil elmi-sәhhәtә dair asan mәsәlәlәri axıra salıb әn çәtin mәsәlәlәrdәn başlamaq didaktika-elmi nәzәrilә böyük bir xәtadır. Bu elm deyir: әvvәl yavuqdan başlayıb uzağa getmәk, yәni asandan başlayıb çәtinә getmәk. Cәnab Sultanovun kitabında әsil hifzül-sәhhәtә dair mәsәlәlәr: toz, su, hava vә qeyrilәr axıra düşübdür. Әn çәtin, bakteriya mәsәlәsi qabağa keçibdir. Nәdәnsә, cәnab Sultanov kitabda әsil elmi-sәhhәtә dair mәsәlәlәrә әhәmiyyәt vermәyir, vermәyib dә kitabına gigiyena--elmi-sәhhәt adı vermәk böyük cürәtdir. Mәsәlәn, su kimi bir böyük mәsәlә barәsindә bәhs açıb quyu, çay suları barәsindә müfәssәl söylәmәk olmaz. Nә üçün doğrudan da Avropada vә yainki Rusiyada milyardlar xәrc edib vodoprovodlar düzәldirlәr? Burada vodoprovodlardan vә ya kanalizasiyadan bir gözәçarpan statistika vermәk vә çıplaq sıfırlar ilә xalqın beynini oyatmaq nә gözәl olardı. Doğrudan da, Bakı camaatı, xüsusәn müsәlmanlar hәrgah bu vaxtadәk içdiklәri su nә olmağını bilsәydilәr vә onun zәrәrini düşünsәydilәr, şollar suyu imdi Bakının küçәlәrindә sel kimi axırdı. Haman su mәsәlәsindә filtirdәnmi söhbәt etmәk olmazdı? Vәhalon ki, hazır filtirlәr vardır ki, altı min bakteriyalı suyu tәmizlәyib bir bakteriya ancaq tapılır. Bu mәsәlәdә artezian quyularımı әhәmiyyәtsizdir? Bir yerdә hәm su quyusu vә hәm rahatxana olub da, bunların bir-birinә yer altında yol olmağımı әhәmiyyәtsiz mәsәlәdir? Bәs xüsusi yer mәsәlәsi necә oldu? Toz vә hava barәsindә yazıb da vә mәktәb mәsәlәlәrinә ciddi surәtdә girişmәmәk böyük xәtadır! Cәnab Sultanov bu sualların cavabında deyә bilәr: mәn müxtәsәr mәlumat vermәyimi kitabın müqәddimәsindә yazmışam. Onda yaxşı olmazdımı dıq mәrәzinә dair "Hava ilә müalicә" mәqalәsini bir az gödәk yazaydınız. Әcәba! Kimdir imdi hәkimsiz girә azot vә ya muşyak ilә özünә müalicә edәn? Bununla belә, bu barәdә mәqalә kitabın üç sәhifәsini tutubdur. Bunun әvәzindә yaxşı olardı ki, bir az da işıq barәsindә mәlumat verilәydi.
 
Daha doğrusu, sirayәtedici mәrәzlәr barәsindә yazıb da müalicәlәrinә artıq әhәmiyyәt vermәdәn әsil hifzül-sәhhәtә dair mәsәlәlәrә geniş yer vermәk әfzәldir. Kitabda bir neçә elmi sәhvlәr dә vardır; fәqәt bu sәhvlәr oxucular üçün bir o qәdәr әhәmiyyәtli deyil. Lazım olursa, cәnab doktor ilә bu barәdә söhbәt edәrik, tainki kitabın ikinci çapında tәkrar olunmasın. Bununla belә, cәnab Sultanovdan tәvәqqe edirik ki, cәnab Meçnikovun qocalığa dair tәsvirinә artıq dәrәcәdә diqqәt versin. Cәnab Meçnikovun qocalıq barәsindә leksiyasını mәn eşitmişәm. Ona binaәn, cәnab Sultanovun Meçnikov teoriyası barәsindә dediyi sözlәrә şәrik olmam. Bu teoriya vә immunitet mәsәlәsinә dair ümidvarıq cәnab Sultanov ikinci çapda lazım olan mәlumatı versin. Çünki bu iki mәsәlәnin gәlәcәkdә elmi-sәhhәtdә böyük rollar oynamağına heç şübhә yoxdur.
 
Dil mәsәlәsinә gәldikdә, doğrudan-doğruya cәnab Sultanov bir hünәr göstәribdir ki, kitab sadә, açıq türk dilindә yazılıbdır. Fәqәt cәnab Sultanov türk dilinin әdәbiyyatına, sәrf vә nәhvinә bәlәd olsaydı, yaxşı olardı.
 
Tibbә dair kitab yazmaq üçün zәhmәt çәkәnlәrә bir söz dә demәk istәyirdik. Hal-hazırda tibb elminin böylә bir ağır şöbәsinә girişmәkdәnsә, bu şöbәyә dair, ayrıca-ayrıca mәsәlәlәr barәsindә balaca kitabçalar yazmaq daha gözәl olardı.
 
Hәr halda, bu sәhvlәr ilә belә, möhtәrәm yoldaşımız Kәrimbәy Sultanovun "Hifzül-sәhhәt" kitabı müsәlmanlar üçün gәrәkli bir kitabdır. Sәhv etmәyiriksә, bu kitab doktor әfәndinin әvvәlinci zәhmәtidir. Ona görә böylә sәhvlәr iş başlayanlar üçün müyәssәrdir.
 
Bir dә gәrәkdir bunu bilmәk: iş görәn sәhv edәr, iş görmәyәn sәhv etmәz. Biz sәmim-qәlbdәn yoldaşımızın böylә bir müqәddәs yola ajar qoymağını tәbrik edirik. Ümidvaram ki, Kәrimbәy Sultanov alim bir adam olub da, göstәrdiyimiz sәhvlәrdәn qorxmaz vә daha artıq ciddü-cәhd edәrkәn bildiyi mәlumatları müsәlmanlar arasında intişar edәr. Doğrudan da yeni oxumuş diplomlularımızın arasında Kәrimbәy Sultanov öz kitabı ilә şәfәqlәnir. Böylә qeyrәtli cavanlarımızın artması millәtimizin xoşbәxtliyidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR