Slimfit
  1. ƏDƏBİYYAT

Nəriman Nərimanov - Bir kəndin sərgüzəşti

Nəriman Nərimanov - Bir kəndin sərgüzəşti
Sakura

Nəriman Nərimanov - Bir kəndin sərgüzəşti

Keçәnlәrdә Qafqaz kәndlәrindәn birindә bir neçә vaxt günlәr keçirtdim. Bu kәnd böyük, zәngin bir kәnd idi. Hәr kim bu kәndә tәzә gәlmiş olsaydı, iki mәhәllәnin bir-birindәn seçilmәyini görәrdi: mәhәllәnin biri dağ başında, küçәlәri toz, torpaq, dar, palçıq evlәri bir-birinin içindә; ikinci mәhәllәyә gәlincә, küçәlәri enli, tәmiz vә evlәri sәliqә ilә tikilmişdi. Mәhәllәnin biri N. ikincisi isә İ. adı ilә mәşhur idi.
 
Ata-babadan bu mәhәllәlәrә belә bir ad qoyulmuşdu.
 
Nağıl edirlәr ki, N. vә İ. iki böyük adamın adları imiş: bunlar vaxtında hәrә öz mәhәllәsinin abad olmağına cidd-cәhd etmişlәr, ona görә dә adları hәmişәlik qalmışdır....
 
Bu iki mәhәllә bir-birinә oxşamadığı kimi, bunların camaatı da bir-birinә oxşamırdı, yәni hәr mәhәllәnin xalqı xüsusi bir yolla dövran sürürdü. N. mәhәllәsinin camaatı ata-babadan yerli, tavanlı olub, günlәrini müttәsil kefdә, eyş vә işrәtdә keçirәn bir xalq idi.
 
Bu mәhәllәnin adamlarına dürüst diqqәt olunsaydı, yәni bunların zindәganlığını mükәmmәl surәtdә bilәn bir adam olsaydı, yәqin ki, deyәrdi: belә bir zövq vә sәfa ilә yaşamaq bunlara irslә çatmışdır.
 
Bilәks, İ. mәhәllәsinin camaatı zәhmәtkeş bir camaat idi. Bura adamları vaxtında yerlәrini әkәr vә vaxtında biçәr; tez-tez şәhәrә gedәr, alver edәr vә şәhәrdәn bir çox şeylәr öyrәnib daima tәrәqqidә bulunardılar.
 
N. camaatı da şәhәrә gedәrdi, fәqәt bu camaata mәxsus onlar şәhәrdәn gәlәndә ancaq çayxanalarda, qәhvәxanalarda görüb-eşitdiklәrindәn dәm vurardılar.
 
Vaxt bir vaxt idi ki, şәhәrlәrdә mәktәb az tapılardı. Bununla belә İ. mәhәllәsinin camaatı mәktәb fikirinә düşmüşlәrdi. Fәqәt N. mәhәllәsi bu fikirә bir növ mane olurdu.
 
Mәsәla, belә bir mәsәlә üçün kәndxuda (starşina) hәr iki mәhәllәdәn adam çağırardı, vәkillәr dәvәt edәrdi. İ. mәhәllәsinin vәkillәri hәmişә gәlәrdilәr, halbuki N. mәhәllәsindәn bir adam da gәlmәzdi. Ona görә dә mәktәb mәsәlәsi uzandıqca uzanırdı. Xülasә İ. mәhәllәsinin camaatı camaat işlәrindә artıq dәrәcәdә cidd-cәhd edәr vә öz arasında böyük ittihadla iş görәrdi. Sudya, kәndxuda vә yainki müәyyәn bir iş üçün inmirәlilәr hәmişәcidd-cәhd edәrdilәr ki, әmәlli adamlarını seçsinlәr, yәni seçdiklәri şәxslәr işә yarayan olsunlar, müftәxor olmasınlar, rüşvәt yemәsinlәr, camaata xәyanәt etmәsinlәr. N. mәhәllәsinin adamları camaat işlәrinә qarışmazdılar. Hәrdәnbir vәkil lazım olanda "Әmi" sözü ortalığa düşәrdi. Bu Әminin adı uzun olduğu üçün kimsә onu adı ilә çağırmazdı. Zatәn Әminin adını demәk olmazdı, çünki N. mәhәllәsindә böyüklәri öz adları ilә adlandırmaq eybli bir şey hesab olunurdu. Möhtәrәm adamlara kәrbәlayı, mәşәdi, hacı, xozeyin, fәqәt әn böyük adama bu mәhәllәdә Әmi deyirdilәr. Bu mәhәllәdә, hәqiqәt, Әmidәn başqa bir böyük adam yox idi. Hәtta Әmi bir dәrәcәdә mәşhur olmuşdu ki, qeyri kәndlәrdә, hәtta şәhәrlәrdә dә bu adla tanınmışdı. Xülasә, hamı buna Әmi dәyirdi.
 
Әmi 70-80 yaşında olardı. Amma bunu da demәk gәrәk ki, bu mәhәllәdә heç kәs Әminin yaşını bilmәzdi. Hamı göz açıb onu tәrlan kimi gözәl görmüşdü. Ucaboy, gәrdәnli, qarasaqqal, xoşsima bir kişi idi. Dövlәti başından aşardı. Nәinki N. mәhәllәsindә, bәlkә bütün kәnddә, uezddә dәxi bundan dövlәtli zәngin bir adam
tapılmazdı.
 
N. mәhәllәsinin camaatı Әmini çox sevir vә ona hörmәt edirdilәr. Bu da sәbәbsiz deyildi. Mәhәllәnin ac bәylәri hәmişә bundan borc alardılar. Әksәrәndә dә vaxtında borclarını verә bilmәzdilәr vә yerlәri Әmiyә keçәrdi. Әmi qeyri adamlara da sәlәmlә pul verәrdi. Kişi doğrudan da yaxşı adam idi. Kasıb-kusuba kömәk edәrdi. Bunlara pul buraxardı.
 
Ancaq borcunu vaxtında vermәyәndә onlara ağalıq etmәyi dә unutmazdı. Yәni ata oğluna tәnbih edәn kimi Әmi dә onlara nisaq biçәrdi ki, gәlәcәkdә sözlәrinin üstә dursunlar ... vә bu sәbәblәrә görәmi, ya qeyri bir sәbәblәrә görә camaat Әmini çox sevәrdi. Vә sevmәk dә lazım idi, çünki N. mәhәllәsinin camaatından xәbәrsiz Әmi lazım olan vaxt camaatın tәrәfindәn danışar, işlәrini düzәldәr, onlara artıq zәhmәt vermәzdi. N. mәhәllәsinin camaatına da belә bir şey lazım idi. Starşina ilә, pristavla çәnәlәşmәk asan iş deyil, bir az hәtta xatası da var. Bir dә pristav vә naçalnik gәlәndә hәmişә Әminin evindә düşәrdilәr. Bu iş Әminin adını daha artıq ucalandırırdı. Bunu Әmi özü dә anlamışdı, camatını yaxşı tanıyırdı, bilirdi ki, belә adamlarla durub-oturmaq camaatın nәzәrindә böyük şeydir. Hәtta belә olmuşdu ki, İ. mәhәllәsinin camaatı da Әmidәn çәkinirdi vә özü dә bunu guya sevirlәr, buna hörmәt edirlәrdi. Fәqәt ürәklәrindә buna gülür vә çox şad olurdular ki, N. camaatının arasında Әminin nüfuzu gündәn-günә artır. Şad olmaqlarına da sәbәb var idi. İ. mәhәllәsinin camaatı gözüaçıq camaat idi. Fikir edirdi ki, bir camaatın işini ancaq dünyadan xәbәrdar, elmli bir adam yaxşı apara bilir. Әmi isә öz kәndindәn başqa özgә alәm görmәmiş, bir şeydәn baş çıxarmazdı. Doğrusu, İ. mәhәllәsinin camaatı durbin camaat idi. Әminin N. mәhәllәsindә nüfuzu artmaq üçün qәsdәn Әmini tәrif edir vә namәlsәmlilәrә: "Siz çox xoşbәxtsiniz ki, Әmi kimi böyüyünüz var" deyirdilәr. N. camaatı da bu sözlәri eşidib deyirdi ki, "Gör Әmi necә ağıllı, fәrasәtli adamdır ki, rәqiblәr dә onu böyük adam hesab edirlәr".
 
Daha bizim sözümüz olmaz. Bu xәyalla daha Әmiyә artıq bir iman gәtirir, işlәrini, hüquqlarını tamamilә ona tapşırırdılar. Hәtta iş bir mәrtәbәyә çatmışdı ki, ortalığa әn mühüm bir mәsәlә gәlәndә N. camaatı heç bir vaxt yığılıb onu müzakirә etmәzdi vә etmәyә ehtiyac da yox idi; çünki yüz baş bir olsa idi, genә Әminin başı kimi olmazdı. O deyәn gәrәk olaydı. Ona görә camaat da arxayın olub öz yerindә oturmuşdu. İ. mәhәllәsi bu әhvalı görüb dodaqaltı gülürdü. Doğrusu, iki mәhәllә ata-babadan bir-birinә düşmәn gözü ilә baxırdı. Ona görә dә bu kәnddә kәndxuda naçar bir halda bulunurdu. Bu kәnddә bir-iki ildәn artıq kәndxuda davam edә bilmәzdi. Kәndxuda İ. mәhәllәsindәn olanda öz mәhәllәsinin tәrәfini saxlardı. N. mәhәllәsindәn olan da öz camaatının tәrәfini saxlardı, nә isә, kәndin baxtındanmı, ya bir qeyri sәbәbdәnmi bu kәnddә dә bitәrәf kәndxuda tapılmırdı. Amma yenә İ. mәhәllәsinin tәrәfini saxlayan kәndxuda bir az çox davam edirdi; çünki İ. mәhәllәsinin tәrәfdarı bilirdi ki, tamam N. mәhәllәsi bir Әmidәn ibarәtdir, Әmini dә lazımınca görәrdi. Әlbәttә Әmiyә pul lazım deyildi. Bir medal vә bir xaç almaq hәr şeydәn yaxşı idi. Doğrudan da, Әmi dünyanın hәr bir lәzәtini görmәk istәrdi. Vә nә üçün dә görmәsin?! Fikir edәrdi: pul ki var, onunla hәr şey almaq olar; hәtta onunla böyüklük dә qazanmaq mümkündür.
 
Vә heç bir tәәcüb etmәmәli! Hәqiqәt, pulun gücünә böyük adam olmaq olar, yәni böyük adamlarla durub-oturmaq olar. Buna da bir artıq şey lazım olmurdu: birinә qoyun, birinә inәk bağışlardı. Birinә motal göndәrәrdi. Nә bilim daha, nә, nә!
 
Bir neçә vaxt kәndә böyük nizamsızlıq düşmüşdü. Adam öldürmәk, oğurluq, quldurluq nәhayәt dәrәcәdә intişar tapmışdı. Kәndin öz xahişinә görә bu kәnddә dövlәt tәrәfindәn bir bitәrәf kәndxuda tәyin olundu. Doğrudan da tәzә kәndxuda yaxşı adama bәnzәyirdi.
 
Bunun adı Daşdәmir idi. Doğrudan da dәmir kimi bir adam idi; özü yaxşı oxumuş, yaxşı niyyәtli bir kәndxuda idi. Kәndin işlәrini gәlәn kimi düzәltdi. Oğurluq, quldurluq tamamilә götürüldü....
 
Bir neçә vaxt keçәndәn sonra tәzә kәndxuda gördü ki, N. mәhәllәsinin camaatı heç bir vaxt kәnd işlәrinә qarışmır vә çağıranda da gәlmir; ancaq Әmi camaatın tәrәfindәn hәrdәnbir ortalığa tullanır. Mәsәlә, kәnddә mәktәb açmaq istәyirlәr. İ. mәhәllәsinin üzdә olan adamları tamamilә gәlir, danışır, çığır-bağır salırlar. N. mәhәllәsindәn ya heç adam olmur, ya olsa da bir Әmi gәlir, ya gәlmir....
 
Bir gün belә, iki gün belә.... Axırda bir gün Daşdәmir kәndxuda arvadına deyir: "Mәn, doğrusu, N. mәhәllәsinin adamlarına tәәccüb edirәm. Bunlarda heç bir insan sifәti görünmür, bunlar qoyun kimi şeydirlәr. Amma qaldı ki, İ. mәhәllәsinin adamları yırtıcı bir camaatdır. Bunlardan qorxmalı. Doğrudur, bunların aralarında bәyzadәzad yoxdur, hamısı fәqir adamdırlar. Fәqәt dünyadan xәbәrdardırlar, öz hüquqlarına bir az toxunanda arı kimi adamın üstünә tökülürlәr". Arvad kәndxudaya dedi: "İ. mәhәllәsinin camaatını sәn hala yaxşı tanımırsan. Hәrgah istәyirsәn ad qazanasan, qulluğun artsın, özünü o tәrәfә ver, çünki onlar çığıran-bağırandırlar, heç bir şeydәn görәsәn ki, bir böyük şey düzәltdilәr. Mәnim atam bu mәhәllәdәn olmağa görә bunların barәsindә uşaqlıqdan çox şeylәr eşitmişәm".
 
Arvadın sözlәri kәndxudanın beyninә batdı. O gündәn kәndxuda N. mәhәllәsinin camaatına qeyri bir nәzәrlә baxardı. O mәhәllәdәn bir adam şikayәtlә gәlirdisә Әmidәn soruşardı. Әmi dә işә baxardı. Özünә xoş gәlәn adam olsaydı, deyәrdi, gәrәkdir kömәk oluna, xoş gәlmәyәn adamı itirdirdi. Buna birәks İ. mәhәllәsindә bir ittifaq düşәrdisә,tez özü gedәrdi, işlәrinә diqqәtlә baxardı, sәrәncam çәkәrdi....
 
Nә isә Daşdәmir kәndxuda işlәrini bir növ yola aparırdı. O, hamı kәndxudalardan bu kәnddә artıq yaşadı. Hörmәti dә günbәgün naçalnik yanında artdı. Axırda bu payәyә çatdı ki, bir gün qubernator kәndә gәlәndә ağsaqqalların hüzurunda kәndxudaya dedi: "Mәn sәnin qulluqların әvәzinә böyük mәnsәb verәcәyәm". Bu mәclisdә Әmi dә var idi, camaat isә öz tәrәfindәn kәndxudanın yaxşı adam olmasını qubernatora söylәdi.
 
Bu gündәn Әmi daha da Daşdәmirә yavıqlaşdı. Nә üçün dә yavıqlaşmasın?! Gördü ki, kәndxudanın xatirini qubernator istәyir. Әmiyә dә elә bu lazım idi.... Kәndin yavıqlığında bir bulaq var idi. Qәdimdәn adәt üzrә bu bulağın suyunu hәftәdә üç gün bir mәhәllә öz tәrәfinә aparardı. Bir gün belә oldu ki, İ. mәhәllәsi suyu dörd gün öz mәhәllәlәrinә buraxdılar. N. mәhәllәsinin adamları bu әhvalatı Әmiyә dedilәr. Әmi dedi: "Yaxşı, mәn danışaram". Doğrudan da Әmi kәndxuda ilә görüşüb bu әhvalatı dedi.
 
Kәndxuda Әmiyә dedi: "İ. mәhәllәsi üçün bu hәftә su çox lazım olduğuna görә mәndәn tәvәqqe etmişdilәr ki, bir gün artıq su götürsünlәr. Sizdәn tәvәqqe edirәm kәndxudanın işinә qarışmayasınız". Әmi övqatı çox tәlx evә gәldi. Amma bunu da bilmәli ki, Әmini kәndxudanın sözlәri qorxutmuşdu. Bu vaxtәdәk Әmi belә sәrt söz eşitmәmişdi.
 
Әmi fikir edәrdi; görünür kәndxudanın beli bәrkdir ki, Әmi kimi adamla belә cürәtlә danışır, bununla belә Әmi mәhәllәsinin adamlarına dedi:--Bәli, mәn kәndxudaya әhvalatı dedim o, әfsus etdi ki, bir ittifaqdır düşüb daha olmaz dedi.
 
Mәhәllә camaatı sakit oldu.
 
Bu әhvalat hәr ikisini imtahan meydanına çәkdi: Әmi puluna, adına ümid bağlayıb fikir edәrdi: "Әlbәttә, kәndxuda mәnim sözlәrimi yerә salmaz". Kәndxuda isә sәrt cavab verib Әminin gücünü sınayırdı. Bu fikir edәrdi: "Hәrgah doğrudan Әmi sidq ürәklә camaatın tәrәfini saxlayır isә, әlbәttә, bir iş meydana gәlәcәkdir.Yәni camaata düz-düzünә deyәr, camaat isә öz hüququnu müdafiә etmәk üçün yanıma gәlәr, dәrdini söylәyәr...."
 
Hәqiqәt, kәndxuda ağıllı bir adam idi. İki hәftәdәn sonra İ. mәhәllәsinin adamları yenә dә bir gün artıq suyu öz mәhәllәrinә buraxdılar.... N. mәhәllәsi yenә Әmiyә ricu etdilәr. Әmi yenә söz verdi ki, kәnxuda ilә danışar. Fәqәt bu dәfә Әmi qorxusundan kәndxudaya heç bir söz demәdi. Bununla belә mәhәllә camaatına dedi ki:
 
Kәndxudaya olmayan sözlәri dedim, kәndxuda isә cavab verdi, mәni bağışlayın, daha belә şeylәr olmaz.
 
Camaat Әmiyә inandı vә sakit oldu.
 
Yenә bir gün belә bir ittifaq düşәndә N. mәhәllәsinin bir neçә cavanları daha sәbr edә bilmәyib әllәrindә bel su başına getdilәr. Bu vaxt İ. mәhәllәsinin cavanlarından da bir neçәsi su başında oturmuşdular. İki mәhәllә adamlarının arasında söz oldu. N. mәhәllәsinin adamları istәdilәr suyu öz tәrәflәrinә buraxsınlar. İ. mәhәllәsinin adamları bunlara mane oldular. Birә beş bir-birinә söyәndәn sonra bellәrә yapışdılar.... Bunların çığırtısına kәnddәn hәr iki mәhәllәdәn adamlar töküldülәr. Kәndxuda gәldi. N. mәhәllәsinin adamlarından bir neçәsini tutdurdu. İ. mәhәllәsinin adamlarına bir söz dә demәdi. N. mәhәllәsinin adamları Әminin yanına gәldilәr, әhvalatı söylәdilәr.
 
Әmi çığır-bağır etdi: atdı, tutdu vә axırda dedi:
 
"Heyif ki, mәn hazırda naxoşam, siz gediniz rahat olunuz, görәrsiniz, mәn kәndxudanın başına nә oyunlar gәtirәcәyәm."
 
Mәhәllә adamı inanıb getdi, sabahı gün Әmi axşamçağı bir qoyun, bir motal kәndxudaya göndәrdi, sonra özü dә getdi.... Kәndxuda Әmini görüb dedi:
 
"Dünәnki әhvalat mәnim övqatımı tәlx edibdir. Bu gün naçalnikә dә, qubernatora da raport yazmışam. Bir-iki adam gәrәkdir bu kәnddәn sürülә, özü dә sizin mәhәllәdәn." Әmi gülümsünüb dedi:
 
"Bәli, bәli, bizim mәhәllәni xarab edәnlәr var. Bir-iki başlarına at tәpmiş cavanlar gәrәkdir bu kәnddәn sürülә...."
 
N. mәhәllәsinin camaatı gözlәdi, gözlәdi, bir şey çıxmadı.
 
Kәndxuda öz-özünә fikir edirdi: "Doğrudan da bu mәhәllәnin camaatı heyvan qismi bir zaddılar. Bunların başlarınә nә gәtirәrsәn yarar". Bununla belә İ. mәhәllәsinin camaatı sәhәrnәn açıq-açığına kәndxudanın evinin qabağına dәstә-dәstә yığıldılar, sәs-küy etdilәr vә üç adamın kәnddәn sürülmәyini tәlәb etdilәr. Namәlsәm mәhәllәsindәn üç adamı әlli-ayaqlı göndәrdilәr.
 
Bu davadan sonra iki mәhәllәnin arası daha da yaman pozuldu: hәr yerdә hәr zaman әllәrindәn gәlәn pisliyi bir-birinә edәrdilәr. Bir gün N. mәhәllәsinin arvad-uşaqları su başında olarkәn İ. mәhәllәsinin cavanları bu arvadlara sataşırlar. Hәtta bir-iki qız-gәlin tutub öpürlәr. Arvad-uşaq bir-birinә qarışıb kәndә qaçır, hәrә öz evindә bu әhvalatı söylәyir. Mәhәllә adamı bilmir nә etsin. Çarә yoxdur, yenә gәrәkdir. Әmiyә demәk, onunla mәslәhәtlәşmәk! Әminin yanına gәlib әhvalatı söylәyirlәr.
 
Әmi mәhәllә qeyrәtini göstәrmәkdәn ötrü papağını qoyur yerә, yumruğu ilә stola vurub deyir:
 
"Siz bircә rahat olunuz, görәrsiniz mәn bu kәndxudanın başına nә işlәr gәtirәcәyәm. O nә adamdır ki, mәn onunla danışım, bu günlәrdә şәhәrә gedәcәyәm, düz qubernatorun yanına gedib tamam әhvalatı söylәyәcәyәm."
 
Bir-iki gün bundan keçmiş kәndxuda Әminin yanına gәlir. Әmi tez xörәk tәdarük etdirir. Ancaq kәndxuda deyir:
 
"Cәnab Әmi, sizin yanınıza xörәk yemәyә gәlmәmişәm. Mәn gәlmişәm sizә bir neçә söz deyәm: Mәn eşidirәm sizin mәhәllәdә bir neçә tәdarüklәr görülür, guya sizin mәhәllә İ. mәhәllәsinin üstә düşüb istәyirlәr dava edәlәr. Mәn yaxşı bilirәm ki, mәhәllә adamı sizin sözünüzdәn çıxmaz.... Bu, naçalnikә dә mәlumdur.... İndi özünüz bilirsiniz, hәrgah belә bir әhvalat olsa siz cavab vermәlisiniz...."
 
Әmi doğrudan doğru qorxdu vә dedi:
 
"Cәnab kәndxuda, mәn hamının tәrәfindәn söz verirәm ki, belә şey heç kimin başında ola bilmәz vә camaatımız heç vaxt belә naqabil işlәr etmәz."
 
Kәndxuda durub gedәndә Әmi yüz manat da verdi ki, kәndin yetim uşaqlarına, dul arvadlarına paylasın ... kәndxuda gedәndәn sonra Әmi tez mәhәllәdәn bir adam çağırtdırıb dedi:
 
"İndi kәndxuda yanıma gәlmişdi. Eşidibdir ki, bizim mәhәllә adamı istәyir dava etsin." Mәn kәndxudaya dedim: Әlbәttә, bu biabırçılığı kim qәbul edәr ki, biz edәk. Mәn dedim hәlә qubernatora bu әhvalatı deyәcәyәm. Kәndxuda mәndәn tәvәqqe etdi ki, mәn bu adamın qabağını saxladım; çünki müqәssirlәr öz cәzalarına çatarlar. Ancaq bir az sәbr lazımdır. İşlәr hamısı düzәlәr, barışıq düşәr.... Bunun cavabında mәn dedim: Yox, olmaz, bu işi belә qoymaq olmaz.
 
"Bu sözlәri Әmi acıqlı deyib bir az fikrә getdi." Sonra başladı: hәr halda belә bir әhvalat varsa siz qabağını saxlayın, çünki mәn qubernatorun yanına gedib hamı işlәr düzәldәrәm vә çalışacağam bu kәndxudanı buradan götürsünlәr.
 
Әminin yanına yığılan adamlardan biri dedi:
 
"Әmi, sәn bizim atamızsan, nә deyirsәn qulaq asırıq. Ancaq belә dә olmasın ki, bizim arvad-uşağımıza sataşsınlar. Biz, doğrusu, bunu qәbul edә bilmәrik."
 
Onun cavabında Әmi dedi:
 
"Siz arxayın olun, mәn özüm bilirәm. Ancaq siz uşaq-muşağın qabağını saxlayınız."
 
Doğrudan da sabahı gün Әmi şәhәrә getdi. Alver edib kәndә qayıtdı. Qubernatoru nәinki görmәdi hәtta qorxusundan qubernator olan küçәdәn dә keçmәdi.... Mәhәllә adamı Әminin şәhәrdәn gәldiyini eşidib bir-birinә dәydilәr. Xalq Әminin evinә töküldü. Nә oldu? Nә dedi? Suallarını Әmiyә bir-bir verdilәr. Әmi bunlara cavab verәrәk dedi:
 
"A kişilәr, siz bilmirsinizmi mәn ölәnәdәk varımı, yoxumu sizin yolunuzda qoymağa hazıram. Pul görәn işi heç bir şey görmәz. Nә olacaq, lazımınca pul xәrc etdim. Hamı işlәri düzәltdim. İndi kәndxudanın atasına od vuracağam. Siz gediniz, arxayın yerinizdә oturunuz, işin aqibәtini gözlәyiniz." Biçarә mәhәllә adamı da gözlәyә-gözlәyә qaldı. Axırda N. mәhәllәsindәn bir neçә adam qazamata düşdü....
 
İ. mәhәllәsinin adamı bu ittifaqlardan sonra belә bir ayaq aldı ki, daha o mәhәllәnin qorxusundan, axşamçağı Namәlsәm mәhәllәsinin adamı evdәn çıxa bilmәzdi.
 
Getdikcә, bu mәhәllәnin halı fәnalaşdı. Kәndxuda isә N. mәhәllәsinin hünәrini görüb heç qorxmazdı vә bacardığı yerәdәk İ. camaatına kömәk edәrdi, sözlәrinә qulaq asardı, şikayәtlәrinә artıq dәrәcәdә diqqәt edib lazımınca sәrәncam çәkәrdi. Nә üçün dә etmәyәydi? Kәndxuda dünyagörmüş, ağıllı bir adam idi.... Bilirdi ki, İ. camaatının şәhәrdә yaxşı işbilәn, oxumuş adamları vardır. Bunu da anlamışdı ki, bir iş olanda şәhәrә xәbәr gedir, adam göndәrirlәr vә nә ki, lazımdır işlәrini düzәldirlәr.
 
Bilirdi ki, bunlara yavıqlıq etsә, qulluq işlәri dә yaxşı gedәcәkdir. Hәqiqәt kәndxuda olmayan işlәri N. mәhәllәsinin başına gәtirdi, bununla belә şәhәrdә naçalnik, qubernatorun yanında hörmәti günbәgün artırdı.
 
Bәli, vaxt oldu ki, şәhәrdә pristavlıq yeri açıldı. Daşdәmir koxanı oraya tәyin etdilәr. Bu xәbәr kәndә çatdı. İ. camaatı nәhayәt dәrәcәdә qәmgin oldu. N. camaatı isә әhvalatı eşidib şadlıq etdilәr: atıldılar, düşdülәr. Kәndxudanın getmәyindәn bir gün müqәddәm Әmi öz mәhәllәsinin adamlarını yığıb gülә-gülә onları tәbrik edib dedi: Ay camaat, sizә mәlumdur ki, bu zalım balası başımıza nә oyunlar gәtirdi. İndi biz gәrәk öz koxamıza göstәrәk tainki bilsin ki, biz ondan narazıyıq, ona görә dә mәn mәslәhәt edirәm: o yola düşәndә heç kim onu ötürmәyә çıxmasın. Onunla salamlaşmasın. Fәqәt bir mәnim getmәyim mәslәhәtdir. Tainki gedәndә bir neçә söz demәk lazımdır: bilsin, düşünsün ki, biz dә varıq....
 
Camaat buna razı oldu.
 
Sәhәr İ. camaatı hamılıqla kәndin kәnarına çıxıb kәndxudanı ötürmәyә hazırlaşdılar. N. mәhәllәsindәn isә Әmidәn başqa bir adam yox idi. İ. mәhәllәsindәn vәkillәr bir-bir qabağa yeriyib kәndxudanı alqışladılar, nitqlәr söylәdilәr, hәtta bir neçәsi ağladı.
 
Bu halda Әmi dә qabağa yeriyib dedi:
 
"Sevgili, mehriban kәndxuda, sizi N. mәhәllәsinin tәrәfindәn sәmimi qәlbdәn tәbrik edirәm. Biz çox heyfsilәnirik ki, sizi bizdәn ayırdılar. Allah sizi bizә çox görmәsin. Sizi özümüzә ata bilirdik.... "
 
Hәtta yalandan dodağını da büzdü ki, guya ağlamaq istәyir....
 
Hәqiqәt, halda isә N. camaatının bu yığıncaqda olmamağını kәndxuda heç bilmәdi vә hiss etmәdi. Çünki o heç vaxt camaatı görmәmişdi. Camaatın әvәzinә hәmişә Әmi söylәrdi o da ki, burada.
 
Bәli, kәndxuda getdi. Kәnddәn ayrıldı. Ayrıldı, amma ürәyindә açılmaz düyün qaldı. Kәndxuda gedә-gedә öz alәmindә fikir edirdi: "N. mәhәllәsinin camaatı qәribә bir camaatdır. Bunlar ya çox yaxşı adamlardır, ya da ki, çox axmaq. Mәn әlimdәn gәlәn yaxşılıqları onların düşmәnlәrinә etdim, onları hәr vaxt düşmәnlәrinin ayaqlarına verdim, bununla belә yenә dә Әmi kimi nüfuzlu bir şәxsi mәni tәbrik etmәk üçün göndәrdilәr.
 
Kәndxuda doğrudan da bilmәdi bu camaaat nәyә qulluq edir, hansı allaha sәcdә edir, hansı ağlın, hansı qeyrәtin sahibidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR