
Dərc edildi: Baxış sayı: 129
Fransada ABŞ nümayəndələri ilə Ukrayna münaqişəsi müzakirə olundu
Fransa Prezidenti Emmanuel Makron Yelisey sarayında ABŞ-nin dövlət katibi Marko Rubio və Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüşüb.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fransa liderinin Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, diskussiyalar əsasən Rusiya-Ukrayna münaqişəsinə son qoymağa yönəlik dinc nizamlanma üzrə danışıqlarla bağlı olub.
Qeyd olunur ki, danışıqlarda amerikalılarla yanaşı, Böyük Britaniya Nazirlər Kabinetinin təhlükəsizlik üzrə müşaviri Conatan Pauell də iştirak edib.
Bundan əlavə, tərəflər Yaxın Şərqdəki vəziyyəti və Avropa İttifaqı ilə ABŞ arasındakı tarifləri də müzakirə ediblər.
загрузка...
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət