Neftin qiyməti OPEC+ sazişi fonunda artdı
OPEC+ sazişi fonunda Londonun İCE birjasında neftin qiyməti bahalaşıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu birjanın ticarətlər məlumatları əks etdirir.
Belə ki, “Brent” markalı neftin qiyməti 2,45% faiz -32,25 ABŞ dollarına qədər artıb.
Həmçinin WTI markalı neftin də qiymətində də 0,22% - 22,81 ABŞ dollarına qədər artım müşahidə edilib.
Qeyd edək ki, ötən həftənin cümə axşamı - aprelin 9-da OPEC+ ölkələri nümayəndələrinin onlayn görüşü keçirilib. Görüşdə neft bazarının sabitliyi müzakirə olunub. İştirakçılar ümumi razılaşmaya nail olmayıblar. Çünki Meksika təklif edilmiş şərtlərdən imtina edib.
Ötən gün OPEC+ ölkələri neft hasilatını may-iyunda gündəlik 9,7 milyon barel azaltmağı razılaşdırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət