“Neftçi”nin təyyarə problemi həll edildi: 5 saat gecikmə
Oxu.Az xəbər verir ki, Bakı-Moskva reysi ilə yola düşən paytaxt komandası 5,5 saatlıq ləngimədən sonra yola düşə bilib.
Qeyd edək ki, “Neftçi” Moskvaya çatdıqdan sonra oradan Tulaya yola düşəcək. Komandamızı oyunun keçiriləcəyi şəhərə daha 2,5 saatlıq yol gözləyir.
Xatırladaq ki, “Arsenal” - “Neftçi” oyunu sabah Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu gün saat 18:30-da “Neftçi”nin baş məşqçisi Roberto Bordinin mətbuat konfransı, 19:00-da isə komandanın məşqi nəzərdə tutulub.
10:36
Heydər Əliyev Beynəlxalq Hava Limanından “Neftçi” klubunu Rusiyaya aparmalı olan təyyarə texniki nasazlıq səbəbindən havaya qalxa bilməyib.
Bunu Oxu.Az-a açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.
P.Kəsəmənski bildirib ki, problemin həlli üçün təyyarə dəyişdirilib və komanda saat 11:00-da yola düşəcək.
Qeyd edək ki, iyulun 25-də UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində “Arsenal” - “Neftçi” oyunu keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
İlhamə Əbülfət
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət