Slimfit
  1. AZƏRBAYCANLI

“Neftçi”nin ABŞ-da yaşayan sabiq oyunçusu

“Neftçi”nin ABŞ-da yaşayan sabiq oyunçusu
Sakura

“Neftçi”nin ABŞ-da yaşayan sabiq oyunçusu

Altmışa yaxın yaşı var. Ömrünün böyük hissəsini futbola həsr edib. Daha doğrusu, futbol onun həyatının mahiyyətinə çevrilib. Arzusu, istəyi yalnız futbolla bağlıdır. Zarafat deyil, əlli bir ildir ki, futbol oynayır...

...Atası Raşbil Zarbailov əvvəlcə orta məktəbdə, sonradan Azərbaycan Pedaqoji İnstitutunda elementar riyaziyyat fənnini tədris edib. Anası Roza xanım uşaq bağçasında tərbiyyəçi işləyib...

Sakit təbiətli, çox təmkinli insandır. Ünsiyyətdə mehriban, qayğıkeş olduğundan özünü ətrafdakılara sevdirə bilir. Yaşamaq eşqi bütün varlığına hakim kəsilib. Bildiklərini öyrətməyi xoşlayır. Elə buna görə də hər yerdə hörmətlə qarşılanır...

Haqqında söhbət açdığım Arif Zarbailov 1961-ci ildə Bakıda dünyaya gəlib. 1978-ci ildə 15 nömrəli orta məktəbi bitirib. 1979-1981-ci illərdə Ordu İdman Klubunun tərkibində hərbi xidmətdə olub. 1981-1982-ci illərdə Özbəkistanın “Yoşlik Tura Kurqan” komandasında futbol oynayıb. 1982-ci ildə Əli Əbilzadənin dəvəti ilə vətənə dönüb və 1983-cü ilədək “Qarabağ” komandasında oynayıb. Həmin il İdman institutuna qəbul olunub. Tələbə ikən 1984-1987-ci illərdə Anatoli Banişevskinin rəhbərlik etdiyi “Avtomobilçi Mingəçevir” komandasına qatılıb. 1987-ci ildə institutu bitirəndən bir il sonra Gəncəyə yollanıb və 1990-cı ilədək “Kəpəz” komandasında oynayıb. 1990-1991-ci illərdə Nefçinin əsas komandasında, 1991-1992-ci illərdə “Qarabağ-Ağdam” komandasında, 1992-ci ildən 1994-cü ilədək Anatoli Banişevskinin dəvəti ilə “Azəri Bakı” komandasının tərkibində nümunəvi oyun nümayiş etdirib. 1994-cü ildən ABŞ-ın Nyu York ştatında yaşayır...

Amerikada onu hamı Aron kimi tanıyır. Burada məskunlaşandan sonra o, üç il “Nyu York RAUSK” komandasında oynayıb. Həmin komanda keçmiş sovet ölkələrindən çıxan futbolçulardan ibarət olub. 1997-ci ildən bu günədək “Veteran İdmançıların Asossasiyası”nın futbol bölməsinə rəhbərlik edir. Eyni zamanda həmyerlimiz Alyona Bədəlovanın prezidenti olduğu “My Way” Uşaq Mərkəzində, üç yaş qrupu üzrə, uşaq və yeniyetmələrdən ibarət komandalarda məşqçi işləyir və “My Way” futbol klubunun rəhbəridir...
...Ömür-gün yoldaşı Viktoriya xanım tibb işçisidir. Böyük oğlu Samuel 22, ikinci oğlu Emanuel 20, qızı Rozalinana isə 8 yaşındadırlar...

Futbola gələndə səkkiz yaşı olub. 1969-cu ildə Bakıdakı MİS-lərdən birində, Nağı Babayevin rəhbərlik etdiyi uşaq futbol komandasında ilk dəfə məşqlərə başlayıb. Üç il sonra “Neftçi”nin hazırlıq qrupuna dəvət alıb. Altı il həmin qrupda oynayıb. 1978-ci ildə “Neftçi”nin dublyorunda, 1979-cu ildə orduya çağrılanadək “Avtomobilçi Bakı” komandasının heyətində olub...

Dostluqda sədaqətlidir. 1978-ci ildən dostluq etdiyi məşhur futbolçu Banişevskini hələ də unuda bilmir. Altı ildir ki, Nyu Yorkda Banişevskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirlər təşkil edir. Bu turnirlərə Bakıdan digər dostları da qatılır. Banişevskini bir futbolçu kimi çox sevdiyini. Hər dəfə onun xatirəsinə turnir təşkil edərkən özünü xoşbəxt hiss etdiyini dilə gətirir...

...Arif milliyətcə yəhudi olsa da ürəyi Azərbaycanla döyünür. İşinin çoxluğuna baxmayaraq Azərbaycanla bağlı Nyu Yorkda təşkil olunan bütün tədbirlərdə iştirak edir. Uzun illər Amerikada yaşasa da azərbaycan dilini unutmayıb.
Deyir ki,- “Azərbaycan mənim doğma vətənimdir. İnsanları, ümumiyyətlə onunla bağlı hər nə varsa mənə əzizdir. Mən Azərbaycanı çox sevirəm”...

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanlı rəssam Faiq Əhmədin yaratdığı müasir xalçalar artıq dünyada tanınır. Bu şəkili Fransanın "Creapills" xəbər portalı paylaşıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR