Dərc edildi: Baxış sayı: 516
'Neftçi' rəhbərliyi Şenol Günəşlə görüşüb
AVRO-2020-nin final mərhələsinin görüşləri ilə əlaqədar Bakıya səfər edən Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş "Neftçi”nin ev oyunlarını keçirdiyi "Bakcell Arena” ilə tanış olub.
"Report" xəbər verir ki, klub rəhbərliyi – prezident Kamran Quliyev və vitse-prezident Elnur Eyvazovla görüşən türkiyəli mütəxəssisə xatirə hədiyyəsi olaraq "Neftçi” forması verilib. Şenol Günəş isə Türkiyə milli komandasının imzalı formasını Kamran Quliyevə təqdim edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət