Dərc edildi: Baxış sayı: 602
"Neftçi" "Qalatasaray"ın yetirməsini icarəyə götürdü
"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.
Ens.az "Report"-a istinadən xəbər verir ki, "ağ-qaralar" Türkiyənin "Başakşehir" klubunun futbolçusu Mert Çeliki icarəyə götürüb.
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının da üzvü olan müdafiəçi ilə 2 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, "Qalatasaray"ın yetirməsi olan 20 yaşlı oyunçu "Başakşehir"ə 2013-cü ildə transfer olunub. Klub bu yaxınlarda M.Çelik ilə sözləşmənin müddətini 2025-ci ilədək uzadıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət