Slimfit
  1. İDMAN

'Neftçi' darmadağınla Avropa Liqasında növbəti mərhələyə vəsiqə qazanıb

'Neftçi' darmadağınla Avropa Liqasında növbəti mərhələyə vəsiqə qazanıb
Sakura

'Neftçi' darmadağınla Avropa Liqasında növbəti mərhələyə vəsiqə qazanıb

"Neftçi" komandası UEFA Avropa Liqasında III təsnifat mərhələsinə vəsiqə qazanıb.

"Report" xəbər verir ki, paytaxt təmsilçisi buna II raundun Bakıda baş tutan cavab oyununda Rusiya "Arsenal"nı 3:0 hesabı ilə məğlub etməklə nail olub. "Ağ-qaralar" 49-cu dəqiqədə Rauf Əliyevin vurduğu qolla önə keçiblər. 89-cu dəqiqədə Dario Frederiko penaltini dəqiq yerinə yetirib. Bundan 4 dəqiqə sonra isə Mamadu Mboc son nöqtəni qoyub.

Beləliklə, Tulada baş tutan ilk qarşılaşmada rəqibini 1:0 hesabı ilə üstələyən bakılılar yola davam ediblər.

Qeyd edək ki, "Neftçi" III təsnifat mərhələsində İsrailin "Bney Yehuda" komandası ilə qarşılaşacaq. İlk matç avqustun 8-də Bakıda, cavab görüşü isə 15-də Təl Əvivdə olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR